Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Tibbi Şuranın yığıncağı keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yığıncağı giriş sözü ilə açan klinikanın direktoru, professor Hüseyn Qabulov rektorun əmrinə əsasən bəzi şöbələrin adında edilən dəyişikliklərlə bağlı məlumat verib. Onun sözlərinə görə, aparılan dəyişikliklər klinikanın fəaliyyətinə öz töhfəsini verəcək.
I və III pediatriya şöbələrinin profilləri uyğunluq təşkil etdiyinə görə, birləşdirilərək “Uşaq kardiorevmatologiya” şöbəsi adı altında birləşdirilib. II pediatriya şöbəsi “Uşaq pulmonologiya, endokrinologiya, allerqologiya” şöbəsi, Ümumi terapiya şöbəsinin adı dəyişdirilərək “Heriatriya şöbəsi” adlandırılıb.
Qeyd edək ki, Tibb Universitetinin klinikasının nəzdində ilk dəfə olaraq heriatriya şöbəsi fəaliyyət göstərəcək.
Sonra gündəlikdəki məsələlər barədə direktorun müalicə işləri üzrə müavini, dosent Adil Nuriyev çıxış edib.
Şöbələrin mart ayı üzrə hesabatını şura üzvlərinin diqqətinə çatdıran A. Nuriyev fevral-mart aylarında endokrinologiya, kardiologiya, revmatologiya, intensiv terapiya, qastreontorologiya, angioqrafiya, III pediatriya şöbələrinə və efferent-terapiya mərkəzində xəstə qəbulu haqqında məlumat verib.
Yığıncaqda cari məsələlər də müzakirə edilib.
Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.
Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Mayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.