Təyyarədə həlak olanlardan 10 nəfərin cəsədi tapılıb - YENİLƏNİR

Təyyarədə həlak olanlardan 10 nəfərin cəsədi tapılıb - YENİLƏNİR
25 Dek 2016 18:47

Bu gün Rusiya Müdafiə Nazirliyinin Qara dənizə düşən “Tu-154” tipli təyyarəsinin 10 sərnişinin cəsədi tapılıb. 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, axtarış əməliyyatları davam edir.

Təyyarənin qalıqları sahilboyu 1,5 km-dən 6 km-ə qədər məsafədə səpələnib.

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi  yerli vaxtla yerli vaxtla saat 05.25 (Bakı vaxtı ilə saat 06.25) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan 2 dəqiqə sonra radardan itib. Qara dənizə düşən təyyarədə 85 sərnişin və 8 heyət üzvü olub.


****

14:32

Bu gün Suriyaya uçarkən Qara dənizə düşən Rusiyanın "TU-154" tipli təyyarəsindəki şəxslərdən yeddisinin meyiti tapılıb. Lent.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.


Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir. 

*****


13:50

Bu gün Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşdüyü müəyyənləşdirilən “Tu-154” tipli təyyarəsində 93 nəfərin olduğu müəyyənləşdirilib.


APA-nın TASS agentliyinə istinadən, həmin şəxslərin adları Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilib.


Sərnişinlər arasında “Həkim Liza” kimi məşhur olan Yelizaveta Qlinka, Rusiya Müdafiə Nazirliyinin Mədəniyyət idarəsinin rəisi Anton Qubankov, Aleksandrov adına ansamblın rəhbəri Valeriy Xəlilov da var.  


Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi İqor Konaşenkov jurnalistlərə açıqlamasında təyyarənin yerli vaxtla saat 05.25 (Bakı vaxtı ilə saat 06.25) radələrində Soçinin Adler aerodromundan havaya qalxdığını, saat 05.27 (Bakı vaxtı ilə saat 05.27) radələrində radarlardan itdiyini bildirib.


*****


13:24


Bu gün Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşdüyü müəyyənləşdirilən “Tu-154” tipli təyyarəsinin sərnişinlərindən dördünün də cəsədi tapılıb.


APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


Tapılan cəsədlər xilasedici gəmiyə çıxarılıb. Bununla da cəsədi tapılan sərnişinlərin sayı beşə çatıb.


Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi  yerli vaxtla saat 05.40 (Bakı vaxtı ilə saat 06.40) radələrində Soçinin Adler aerodromundan havaya qalxdıqdan 7 dəqiqə sonra radardan itib. Təyyarədə 84 sərnişin və 8 heyət üzvü olub.


****


11:48


Rusiyadan Suriyaya uçarkən qəzaya uğrayan və Qara dənizə düşən “TU-154” markalı təyyarədə olan daha 3 jurnalistin kimliyi müəyyənləşib. Lent.az Rusiya KİV-nə istinadən xəbər verir ki, təyyarədə “NTV” telekanalının da çəkiliş qrupu olub. Qrupa jurnalistlər Mixail Lujnetski, Oleq

Pestov və Yevgeni Tolstov daxildir.



Bu arada Rusiya Müdafiə Nazirliyinin telekanalı olan "Zvezda"nın da Suriyaya ezam edilmiş və qəzaya uğrayan təyyarədəki əməkdaşlarının kimliyi müəyyənləşib. Çəkiliş qrupuna Obuxov, Suranov və Rjevski soyadlı 3 jurnalist daxil olub.


Axtarış-xilasetmə tədbirləri davam etdirilir.


*****


11:06


Bu gecə Soçidən Suriyaya uçarkən qəzaya uğrayan və Qara dənizə düşən təyyarədə olan jurnalistlərdən bəzilərinin kimliyi müəyyənləşib. Lent.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “TU 154” markalı sərnişin təyyarəsində hərbçi və musiqiçilərlə yanaşı 9 jurnalist də olub və onlar “ORT”, "NTV" və “Zvezda” telekanalının əməkdaşı olub. Artıq “ORT” telekanalının Suriyaya ezam edilmiş əməkdaşlarının adları müəyyənləşib. Bunlar Dmitri Runkov, Aleksandr Soydov və Vadim Denisovdur.


Bu arada Rusiyanın Müdafiə Nazirliyi göyərtəsində ekipajla birgə 92 nəfərin olduğu təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işinin başlandığını açıqlayıb.


Rusiya Müdafiə Nazirliyinin son məlumatına görə, artıq həlak olan şəxslərdən birinin meyiti tapılıb. Təyyarə dənizin 57 metr dərinliyinə düşüb və axtarış-xilasetmə tədbirləri davam etdirilir. Nazirlik həmçinin bəyan edib ki, hadisə terror aktı deyil və uçuş qaydalarına düzgün əməl edilməməsi ucbatından baş verib.


Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dimitri Peskov isə jurnalistlərə açıqlamasında deyib ki, Putin hadisənin tam mənzərəsini öyrənmək üçün müdafiə nazirini təlimatlandırıb: "Müdafiə naziri Sergey Şoyqu hər dəqiqə prezidentə son vəziyyətlə bağlı məruzə edir və prezident Vladimir Putin axtarış-xilasetmə tədbirlərinə, qəzanın baş vermə səbəblərinin müəyyənləşdirilməsinə şəxsən nəzarət edir".

18 Mar 2023
Dünya

Bakı və Siyəzəndə qumbaralar tapıldı - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

18 Mar 2023
Dünya

Kahramanmaraşda zəlzələ: Ətraf vilayətlərdə də hiss olundu

Türkiyənin Kahramanmaraş şəhərinin Göksun rayonunda 4,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ ətraf vilayətlərdə də hiss olunub.

18 Mar 2023
Dünya

Hindistan rusiyalıların ölkədə qalma müddətini məhdudlaşdırıb

Hindistan elektron turist vizaları üzrə rusiyalıların ölkədə qalma qaydalarını yeniləyib.

18 Mar 2023
Dünya

Türkiyədə zəlzələ baş verən ərazilərdə əhaliyə xəbərdarlıq edildi

Türkiyədə güclü zəlzələlərin baş verdiyi bölgədə bu gün başlayacaq, göy gurultusu ilə müşayiət olunacaq leysan yağışların axşam saatlarından sonra təsirini artırması gözlənilir.