Əl-Qaidə terror qruplaşmasının terrorçularının hücumu nəticəsində 11 Yəmən hərbçisi həlak olub.
Trend-in məlumatına görə, 6 hərbçi terrorçuların Abyan əyalətində nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində həlak olub, 5 hərbçi isə terrorçular Hadramaut əyalətində öldürüblər.
Qeyd edək ki, Yəmənin cənubunda İŞİD və Əl-Qaidə terror qruplaşmaları fəaliyyət göstərir.
Rusiya Türkiyədən avqustun sonuna qədər uçuş sayını gündə 100-ə çatdırmağı təklif edir.
ABŞ-ın İndiana ştatının Elansvil şəhərində yaşayış evində güclü partlayış baş verib. Nəticədə üç nəfər ölüb.