Tərcümə Mərkəzinin nümayəndə heyəti Sofiyada kitab sərgisində

Tərcümə Mərkəzinin nümayəndə heyəti Sofiyada kitab sərgisində
13 Dek 2016 17:16

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nümayəndə heyəti Bolqarıstanın paytaxtı Sofiyada dekabrın 13-dən 17-dək keçirilən Beynəlxalq Kitab Sərgisində iştirak edir.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sərgi çərçivəsində nümayəndə heyətinin Bolqarıstan Tərcüməçilər Birliyi və kitab sərgisinin rəhbərliyi ilə görüşləri keçirilib.

Bolqarıstan Tərcüməçilər Birliyinin rəhbərliyi ilə Sofiya Universitetində baş tutan görüş zamanı mərkəzin son iki il ərzində ədəbiyyatlararası mübadilələr istiqamətində həyata keçirdiyi layihələrdən, rus dilində Moskvada, ingilis dilində Londonda, türk dilində Ankarada, ərəb dilində Qahirədə nəşr olunan “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”ndan, habelə dünya ədəbiyyatı nümunələrinin ölkəmizdə geniş təbliğindən söz açılıb. Hazırda çex, ispan, Ukrayna, Belarus, fransız və gürcü dillərinə tərcümə prosesində olan bu akademik nəşrin bolqar dilinə tərcüməsi, bu işin Bolqarıstanın tanınmış tərcüməçiləri tərəfindən həyata keçirilməsi və Sofiyanın aparıcı nəşriyyatlarında nəşri ilə bağlı danışıqlar aparılıb.

Bolqarıstan Tərcüməçilər Birliyinin sədri İvo Panov Tərcümə Mərkəzinin fəaliyyətini maraqla izlədiklərini söyləyib. Mərkəz tərəfindən məşhur Argentina yazıçısı Adolfo Kasaresin “Morelin ixtirası” kitabının nəşr edilməsini, qurumun həyata keçirdiyi layihələri, dünyanın ən istedadlı ədəbi simalarının Azərbaycanda tanıdılmasını və təbliğini təqdirəlayiq hal hesab etdiklərini bildirib.

Görüşdə Bolqarıstan Tərcüməçilər Birliyinin sədri İvo Panovla yanaşı, qurumun sədr müavinləri Rada Şarlanciyeva və Veselina İjekova, məsul katib Sabina Pavlova, ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova iştirak ediblər.

Bolqarıstan Kitab Sərgisinin rəhbərliyi ilə baş tutan görüşdə isə 2017-ci ildə Sofiyada keçiriləcək sərgidə Azərbaycanın geniş və əhatəli iştirakının təşkili ilə bağlı danışıqlar aparılıb.

Tərcümə Mərkəzinin direktoru Afaq Məsud və “Bolqar Kitabı” Assosiasiyası idarə heyətinin sədri Veselin Todorov gələn il keçiriləcək adıçəkilən beynəlxalq əhəmiyyətli tədbirdə Azərbaycan ədəbiyyatının bolqar oxucusuna tanıdılması istiqamətində atılacaq addımlarla bağlı fikirlərini bölüşüblər.

Tədbirlərdən sonra Afaq Məsud Bolqarıstanın “Standart” qəzetinin müxbiri, tanınmış jurnalist Olia Al-Ahmedə müsahibə verib.

Dekabrın 14-də mərkəzin nümayəndə heyətinin Bolqarıstan Yazıçılar Birliyinin sədri Boyan Anqelov, “Zaxariy Stoyanov” nəşriyyatının rəhbəri İvan Qranitski, tanınmış ədəbiyyatşünas alim Dmitri Qaçev və Bolqarıstanın Təhsil Nazirliyinin Dövlət nəşriyyatı idarə heyətinin sədri Anastasiya Boneva ilə görüşü keçiriləcək.

6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.