Telekommunikasiya qovşaqları və poçt şöbələrinin əməkdaşları üçün təlimlər keçirilir

Telekommunikasiya qovşaqları və poçt şöbələrinin əməkdaşları üçün təlimlər keçirilir
14 Dek 2016 10:00

Telekommunikasiya qovşaqları və poçt şöbələrində vətəndaşlarla ünsiyyətdə olan əməkdaşlar üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Elektron Hökumət Təlim-Tədris Mərkəzində təlimlər keçirilir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlimlərdə xidmət sahəsində çalışan əməkdaşların elektron xidmətlərdən istifadəsinə dair biliklərinin artırılması nəzərdə tutulur. Buraya cəlb olunan əməkdaşların əldə etdikləri biliklər onların elektron xidmətlər üzrə vətəndaşların müraciətlərini daha dolğun cavablandırmalarını təmin edəcək.

Təlimlər Elektron Hökumət Təlim-Tədris Mərkəzinin Bakıdakı əsas tədris binasında və telekonfrans vasitəsilə Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə, Qazax, Qəbələ, Göyçay, Şamaxı, Şirvan, Şəki, Qusarda yerləşən regional tədris mərkəzlərində təşkil ediləcək. Ümumilikdə təlimlərə 250-yə yaxın əməkdaşın cəlb edilməsi nəzərdə tutulur.

RYTN-in Məlumat Hesablama Mərkəzinin, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının ekspert qismində iştirak etdikləri təlimlərdə “Elektron hökumət” portalından istifadəyə dair mühüm təlimatlar verilir.

Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən elektron xidmətlər üzrə əməkdaşların təlimatlandırılması və əhalinin maarifləndirilməsi məqsədilə təlimlər mütəmadi təşkil olunur.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.