Tələbələrə şad xəbər: Təqaüd problemi həll olundu

Tələbələrə şad xəbər: Təqaüd problemi həll olundu
07 2017 10:00

“Dövlət sifarişi ilə ali təhsil və digər müəssisələrdə kadr hazırlığı xərcləri, o cümlədən təqaüd xərclərinin ali məktəblərin hesabına köçürülməsi aprelin 5-də tam başa çatdırılıb”.

REALPRESS.Az xəbər verir ki, bunu ali təhsil müəssisələri tələbələrinin təqaüdlərinin gecikdirilməsi ilə bağlı yayılan xəbərlərə dair APA-nın Maliyyə Nazirliyinə ünvanladığı sorğuya cavab olaraq nazirliyin ictimaiyyətlə əlaqələrə sektorunun müdiri Mayis Piriyev bildirib.

M.Piriyevin sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinin 30 mart 2017-ci il tarixli 233s nömrəli sərəncamı ilə təsdiq olunmuş dövlət sifarişi ilə kadr hazırlığının maliyyələşdirilməsi üçün xərclərinin ali təhsil və digər müəssisələr üzrə bölgüsü 3 aprel tarixində Maliyyə Nazirliyinə təqdim edilib: 

“Təhsil Nazirliyi tərəfindən təqdim olunan bölgülərə uyğun olaraq Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən həmin vəsaitin 4 aylıq hissəsinin maliyyələşdirilməsi 2017-ci il 5 aprel tarixində tam başa çatdırılıb. Aprelin 6-dan etibarən isə ali məktəblər tərəfindən təqaüd almaq hüququ qazanmış tələbələrin kartlarına ödənişlərin köçürülməsinə başlanılıb”.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.