Təhsil müəssisələrində Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd edilib

Təhsil müəssisələrində Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd edilib
09 Dek 2016 10:58

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı, publisist, ictimai xadim Ceyhun Hacıbəylinin 125 illik yubileyi münasibətilə tədbirlər keçirilib.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, məktəblərdə “Ceyhun Hacıbəyli haqqında nə bilirik?”, “Görkəmli yazıçı-publisist Ceyhun Hacıbəylinin Azərbaycan mühacirət mətbuatında yeri və rolu”, “Ceyhun Hacıbəyli müasir gəncliyin gözü ilə”, “İstiqlal mücahidi - Ceyhun Hacıbəyli”, “Ceyhun Hacıbəyli və Qarabağ folkloru” mövzularında disput, açıq dərs, mühazirə, seminar, sorğu və konfranslar təşkil olunub.

Tədbirlərdə gənc yaşlarından mühacirətdə olmuş ədibin yaradıcılığından, siyasi fəaliyyətindən bəhs edilib. Həmçinin Ceyhun Hacıbəylinin mühacirətdə yaşadığı dövrdə “La Revul du Mond Müsulman”, “La Fiqaro” kimi mətbu orqanları ilə əməkdaşlıq etməsi, Parisdə “Qafqaz” və Münxendə “Azərbaycan” jurnallarının redaktoru kimi fəaliyyət göstərməsi barədə ətraflı məlumat verilib.

Tədbirlərdə görkəmli ədibdən bəhs edən “Durun gedək evimizə”, “Əbədi ezamiyyət” filmləri, səhnəciklər nümayiş olunub, şagirdlər yubilyarın “Qarabağ dialekti və folkloru” əsərindən bayatılar və lətifələr söyləyiblər.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.