Təhsil Nazirliyi: Bu, 5 yaşlılar üçün tətbiq edilməməlidir

Təhsil Nazirliyi: Bu, 5 yaşlılar üçün tətbiq edilməməlidir
17 2017 14:28

Məktəbəhazırlıq qruplarında işə cəlb edilmiş müəllimlər ibtidai siniflərdəki iş metodikasını heç bir halda 5 yaşlılarla işin təşkilinə tətbiq etməməlidirlər.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor vəzifəsini icra edən, əməkdar müəllim Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, bu yaşda uşaqların fiziki, emosional, intellektual səviyyəsi 6-7 yaşlı uşaqlardan fərqlidir: “Alimlər sübut edirlər ki, erkən dövrlərdə nəinki il, hətta ay fərqi inkişafın müxtəlif səviyyələrindən xəbər verir. Odur ki, 6 yaşlılarla iş üsulu 5 yaşlılarla çox zaman yaramır”.

V.Yaqublu qeyd edib ki, məktəbəhazırlıq qruplarındakı məşğələlər I sinif proqramını əks etdirməməlidir: "Bu məşğələlərin vəzifəsi uşağı məktəbə fiziki, intellektual və psixoloji cəhətdən hazırlamaqdır. Fiziki hazırlıq 5 yaşlıların həm də bədən-kinestetik intellektinin inkişaf etdirilməsində vacib rol oynayır. Təbiətən fiziki cəhətdən fəal olan uşaqları bu fəallıq vasitəsilə öyrətmək lazımdır. Bir çox oyunlar var ki, onların didaktik əhəmiyyəti göz qabağındadır. Məsələn, gizlənpaç oynayan uşaqlarda hərəki qabiliyyətlər inkişaf edir, onlar düzgün və cəld qərar verməyi öyrənirlər, strategiya qurmağın əlifbasına bələd olurlar, rəngarəng hisslər (qələbə sevinci, təəccüb, həyəcan, məğlub olma kədəri və s.) keçirirlər. Müəllimin rəhbərliyi ilə aparılan belə oyunların didaktik əhəmiyyəti oyundan əvvəl, oyun zamanı və oyundan sonra müəllimin verdiyi təlimatlar və suallar vasitəsilə qabarır”.

V.Yaqublu qeyd edib ki, Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli 271 nömrəli qərarı ilə cari dərs ilindən etibarən ümumtəhsil məktəblərində dövlət vəsaiti hesabına 5 yaşlıların məktəbəhazırlıq qruplarında təhsili həyata keçirilməyə başlanılıb. Artıq bu dərs ilində 76000-dən çox uşaq məktəbəhazırlıq qruplarında təhsil alır.

V.Yaqubli əlavə edib ki, ötən ilin noyabr-dekabr aylarında institutun Keyfiyyətə nəzarət və monitorinq şöbəsi Bakı, Sumqayıt və Abşeronun 35 ümumtəhsil məktəbində məktəbəhazırlıq qruplarının işini monitorinq edib: "Monitorinqin məqsədi təlim proqramını qiymətləndirmək, mövcud nöqsanları vaxtında aşkar etmək, gələn il üçün proqramı təkmilləşdirməkdən ibarət idi. Yaxşı göstərici budur ki, məktəbəhazırlıq qruplarına maraq böyükdür - valideynlər uşaqlarını həvəslə məktəbə gətirirlər. Məktəblərimizdə 5 yaşlılarla iş metodikasını dərindən bilən mütəxəssislər də var. Aşkarlanmış nöqsanları isə şərti olaraq 3 qrupa bölə bilərik. Bunlar müəllimlərin 5 yaşlı uşaqları məktəbə fiziki, intellektual və psixoloji müstəvidə hazırlamaqda üzləşdikləri problemlərdir”.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.