Təhsil Nazirliyi bəzi şəhər və rayonlarda fəaliyyət göstərən müəllimlərin diaqnostik qiymətləndirməyə buraxılmaması məsələsinə aydınlıq gətirib.
REALPRESS.Az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov APA-ya açıqlamasında bildirib ki, müəllimlərin işə qəbulu yalnız müsabiqə yolu ilə həyata keçirilir.
Onun sözlərinə görə, Təhsil Nazirliyi müsabiqədənkənar işə qəbul halları ilə mübarizə aparır və belə hallar aşkar olunduqda nazirlik tərəfindən tədbirlər həyata keçirilir: “Bunlara həmin müəllimlərin diaqnostik qiymətləndirməyə buraxılmaması, bu işdə səlahiyyətli şəxslərin cəzalandırılması daxildir”.
Nazirlik rəsmisi qeyd edib ki, müsabiqədənkənar işə qəbul olunan şəxslər yenidən müəllim kimi fəaliyyət göstərmək istəyirlərsə, işə qəbul üzrə müsabiqədə (imtahan və müsahibə) iştirak etməlidirlər.
İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən artıq 4300 şəxsin məşğulluğu təmin edilib.
2025-ci ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir.
Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub.