Sən demə, genetikasında şizofreniyanın inkişafı riski olan insanlar həm də depressiyanın alt növlərindən birinə meyillidirlər. Bunu Edinburq Universitetinin tədqiqatçıları aşkar ediblər. AZƏRTAC “Deccan Chronicle” saytına istinadla xəbər verir ki, alimlər əldə etdikləri nəticələrin şizofreniya və depressiyanın yeni müalicə metodlarının hazırlanmasına kömək edəcəyinə ümid bəsləyirlər.
Mütəxəssislər depressiyanın genetik səbəblərini tədqiq ediblər. Onlar şizofreniyaya irsi meyilliyi olan insanların genetik səviyyədə depressiyadan əziyyət çəkənlərə oxşayıb-oxşamadıqlarını müəyyən etmək istəyiblər. Tədqiqat göstərib ki, depressiyalı insanlardan ibarət qrupda şizofreniyanın genetik riski yüksəkdir.
Məlumdur ki, şizofreniya və depressiyanın oxşar təzahürləri var. Məsələn, bədbinlik və nevrotizm. Alimlər belə nəticəyə gəliblər: depressiyadan əziyyət çəkən bəzi insanlar şizofreniya ilə bağlı genetik xüsusiyyətlərə malikdir.
Yaz - hər bir insanın həyatında xüsusi bir dövrdür - orqanizmin özünü aktiv şəkildə yenilədiyi və bərpa etdiyi dövr.
Daşkəsən rayonunun Quşçu kəndində səyyar müayinə aksiyasına start verilib.
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) yeni səlahiyyətlər verilir.
Sidiyə getmə zamanı yaranan problemlər insanda böyük psixoloji diskomfort yaradır. Belə hallar ağir sayılmır, amma yumşaq desək xoşagəlməzdir. Tez-tez və çətin sidiyə getmə, sidik kisəsinin tam boşalmaması hissi, sidiyi saxlaya bilməmək – bu həmişə yaşlılara aid bir hal deyil, həm qadınların həm də kişilərın həyatının müxtəlif dövrlərində yarana bilər. Bu problemdən heç kim sığortalanmayıb. Bu əlamətlər sistit zamanı yaranır.
Biz sağlamlığımızı nədən itiririk? Pis ekoloji durum, bakteriya və virus infeksiyalarının artması, təmiz havada az olmaq, fiziki aktivliyin azalması, passiv həyat tərzi, oturaq iş rejimi, günəş və təbii su vannalarından az qəbul edilməsi, keyfiyyəti qənaətbəxş olmayan ərzaqlardan istifadə, həddən çox yemək, balanslaşdırılmamış və rejimsiz qida qəbulu, xüsusilə gecə saatlarında, zərərli vərdişlər (alkoqol, siqaret və s.), nəzarətsiz antibiotik qəbulu, stress, yorğunluq, psixi və emosional gərginlik və s. immuniteti azaldan səbəblərdir.