Təcili yardıma edilən qəribə zənglər

Təcili yardıma edilən qəribə zənglər
03 2017 11:57

İtini xilas etmək üçün zəng edənlər də olur, saatı soruşanlar da. Hətta elələri də var ki, evində tək qaldığı üçün ürəyi sıxılıb və bu nömrəni yığıb.

REALPRESS.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət təcili tibbi yardım stansiyasının 103 qaynar xəttindən gedir. 

Kimisi ünvan soruşmaq üçün, kimisi isə evdə tək ürəyi sıxıldığı üçün müraciət edir. 103 nömrəli təcili tibbi yardım xətti gün ərzində kritik xəstə çağırışları ilə yanaşı, 10-larla belə ünvanı düzgün seçilməyən zənglər də qəbul edir.

Operatorlar deyirlər ki, əlaqəsiz zənglər ən çox saatı soruşmaq üçün olur. Hətta geyim seçimi üçün də təcili tibbi yardıma müraciət edənlər olur.

Eləsi də var ki, yuxusuzluğunu həyati əhəmiyyətli problem hesab edib. 103 çağrı mərkəzindəki operatorları özünə həmdəm bilənlər də az olmur.

Bəzi insanlar kommunal məsələlərin həllini də təcili tibbi yardımda görür. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə isə qeyd edir ki, bütün bu tipli zənglər operatorların işinə mane olmaqla yanaşı, digər həyati əhəmiyyətli çağırışların ləngiməsinə də səbəb ola bilər.

İstənilən halda, unutmaq olmaz ki, mənasız yerə məşğul edilən təcili yardım xətti bir gün öz yaxınlarımıza təcili tibbi müdaxiləni ləngidə bilər.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.