Təbii qazla təmin olunan abonentlərin sayı 1 980 526-ya çatıb

Təbii qazla təmin olunan abonentlərin sayı 1 980 526-ya çatıb
19 Dek 2016 14:34

Bu ilin 11 ayı ərzində Bakı şəhərinin rayonlarında, eləcə də ölkənin regionlarında qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və qaz kəmərlərinin yenidən qurulması məqsədilə 7776,5 km yeni boru xətti çəkilib, 246,5 km boru xətti isə əsaslı təmir olunub.

Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, aparılan tikinti-quraşdırma işləri nəticəsində 195 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

2016-cı yanvar-noyabr ayları ərzində Birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 358 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə 12 356 mənzili əhatə edir.

Cari ilin yanvar-noyabr ayları ərzində İB-də əhali sektoru üzrə 147 814 yeni abonent qeydiyyata alınıb ki, bunun da 34 586-sı Bakı, Abşeron və Sumqayıt, 113 228-i isə regionlar üzrədir. Bununla da ölkə üzrə təbii qazla təmin olunan əhali abonentlərin sayı 1 980 526-ya çatıb. Qeyd olunan dövr ərzində “Azəriqaz” İB tərəfindən əhali qrup istehlakçılarına 2 458 000 431 kubmetr həcmində təbii qaz verilib. Bunun 1 183 224 102 kubmetri Bakı şəhərinin, 1 274 776 334 kubmetri isə digər rayonların payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əhali abonentlərinə 197 381 313 kubmetr artıq təbii qaz verilib.

Eyni zamanda Birlik tərəfindən yanvar-noyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsi təmin edilib.

11 ay ərzində Bakı şəhəri üzrə 1, 2, 3, 4, 5 saylı ASAN xidmət mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən ASAN xidmət mərkəzlərinə ümumilikdə 107 846 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub. İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

2009-2016-cı illər ərzində 46643,7 kilometr uzunluğunda yeni qaz kəmrləri quraşdırılıb, 8847,9 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib, 1346 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qaz verilib. Ümumilikdə, respublika üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 980 mini ötüb.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.