Təbəssümlə yaşamaq ömrün uzanmasına səbəb olur

Təbəssümlə yaşamaq ömrün uzanmasına səbəb olur
01 2017 15:52

Xoş ovqat və müsbət əhval-ruhiyyənin əhəmiyyəti heç kəs üçün təzə məlumat deyil. Gülər üzlə və təbəssüm içində həyat sürmək orqanizmin sağlamlığında mühüm rol oynayır.

Qədim təbiblər gülüşlə müalicəyə yüksək dəyər verərək onun gözdəyməni və cadunu qovduğunu, şər qüvvələrlə mübarizə apardığını hesab edirdilər. Yunan filosofu Aristotel gülüş haqqında böyük bir elmi əsər yazıb. Orta əsr yazıçısı Əbu Osman Əl-Cahizın əsərlərində gülüş haqqında dəyərli fikirlər əksini tapıb.

Gülüşlə müalicənin mümkünlüyünü müasir həkimlər də etiraf edirlər. Britaniya və hind həkimləri gülüş vasitəsilə bir sıra xəstəlikləri, hətta kişilərdə impotensiyanı müalicə etməyin mümkün olduğunu söyləyirlər. Həmin xəstələr üzərində aparılan təcrübə nəticəsində onların yarıdan çoxu şəfa tapıb. Kliniki təcrübələr nəticəsində aydın olub ki, gülüş immuniteti artırır və xəstəlikdən sonrakı bərpa prosesini sürətləndirir.

Gülüş orqanizmə masaj qədər müsbət təsir göstərərək qan dövranını və bütün orqanların işini yaxşılaşdırır. Astma və bronxitdən əziyyət çəkənlər üçün ondan yaxşı məşğələ yoxdur. Gülərkən qana daha çox oksigen daxil olur və nəfəsalma yaxşılaşır. Bir neçə dəqiqəlik gülüş qan təzyiqini aşağı sala bilər, ona görə də komediyaya və yumoristik verilişlərə baxmaq, lətifəyə qulaq asmaq faydalı hesab olunur. Gülüş piyin yığılması və qanın çoxalmasına kömək edir. Şən və gülərüz olanlar çox az əsəbiləşir, depressiyaya düşmür və uzun ömür sürürlər.


13 Dek 2024
Səhiyyə - Sağlamlıq

Qripi özümüzdən uzaq tutaq!

Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.