Bu gün Tbilisidə "Dağ turizminin davamlı inkişafı üçün innovasiya stratejiyası" mövzusunda beynəlxalq konfrans keçirilib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Azərbaycanı "Şahdağ" Turizm Mərkəzinin rəhbəri Rüstəm Nəcəfov təmsil edib.
BMT və Dünya Turizm Təşkilatının dəstəyi ilə keçirilən konfransa 35 ölkədən nümayəndəsi qatılıb.
R.Nəcəfov jurnalistlərə açıqlamasında deyib ki, tədbirin məqsədi Avropa və Asiya, eləcə də Cənubi Qafqaz ölkələrində dağ turizminin inkişaf perspektivlərini müzakirə etmək, təcrübə mübafiləsi aparmaqdır. O bildirib ki, tədbir çərçivəsində bir sıra görüşlər də keçiriləcək. Bu görüşlərdə Azərbaycan ilə Gürcüstan, eləcə də digər ölkələr arasında dağ turizmi sahəsində əlaqələrin inkişafi və başqa məsələlər müzakirə olunacaq. Eyni zamanda, Azərbaycanın turizm imkanları, xüsusən də dağ turizmi barədə məlumat veriləcək.
Konfransın açılışında Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifahi, iqtisadiyyat və davamlı inkişaf naziri Qeorqi Qaxariya və başqaları çıxış edib, turizmin inkişafının vacibliyini qeyd ediblər. Bildirilib ki, turizmin inkişafı ölkələrin iqtisadi inkisafı ilə yanaşı, dövlərarası əlaqələrin genişlənməsində də mühüm rol oynayır. Çıxışlarda turizm bölgələrində tarixi, mədəni abidələrin mühafizəsinin, yerli insanların işlə təmin olunmasının, regionlarar asında münasibətlərin genişlənməsinin vacibliyi xüsusi qeyd olunub.
Pakistan Beynəlxalq Hava Yolları (PİA) Azərbaycana birbaşa uçuşların açılması barədə xəbər verib.
“Azərbaycan Hava Yolları” QSC Azərbaycana hansı vətəndaşların gələ biləcəyi ilə bağlı məlumat yayıb.
Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın turizm məkanı kimi də böyük potensiala malikdir. Zəngin flora və faunası, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı və İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı ərazinin turizm imkanlarını genişləndirir. Səthin dağlıq olması gələcəkdə burada dağ və qış turizminin inkişafına təkan verəcək.