Tbilisidə “Beynəlxalq Gömrükçülər Günü”nə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Tbilisidə “Beynəlxalq Gömrükçülər Günü”nə həsr olunmuş beynəlxalq konfrans keçirilib
26 2017 15:49

Yanvarın 26-da Tbilisidə “Beynəlxalq Gömrükçülər Günü”nə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

“Gömrük nəzarətində səmərəli fəaliyyəti təmin etmək üçün məlumatların analizi” devizi altında keçirilən təbirdə Dünya Gömrük Təşkilatından, Azərbaycan, Gürcüstan, Türkiyə, Moldova, Ukrayna və İtaliyadan 180-dək nümayəndə iştirak edib.

Konfransda Gürcüstan Baş nazirinin müavini, maliyyə naziri Dmitri Kumsişvili, Dövlət Gəlirləri Xidmətinin rəisi Qeorqi Tabuaşvili, həmçinin Azərbaycan, Ukrayna, Türkiyə və digər ölkələrin gömrük administrasiyalarının məsul işçiləri çıxış edib, təbriklərini çatdırıb, gömrük xidməti orqanlarının işinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıblar.

Bildirilib ki, beynəlxalq terrorizm, silah qaçaqmalçılığı, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində gömrük orqanları arasında birgə əməkdaşlıq çox böyük fayda gətirir. Bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Konfransda gömrük nəzarəti sistemlərinin təkmilləşdirilməsi, gömrük orqanları işçilərinin fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlıq, informasiya, təcrübə mübadiləsi və s. məsələlər geniş müzakirə olunub.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov konfransda iştirak edib.

Türkiyənin Gömrük və Ticarət nazirinin müavini Fatih Çiftci jurnalistlərə müsahibəsində deyib ki, bu konfrans, Dünya Gömrük Təşkilatına üzv ölkələr arasında əlaqələrin inkişafında, gömrük orqanlarının işinin səmərəsinin artırılmasında, eləcə də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır.

Onun sözlərinə görə, Türkiyə, Azərbaycan və Gürcüstan gömrükçüləri arasında çox səmərəli əməkdaşlıq mövcuddur. Bu cür görüşlərdə müzakirə olunan məsələlər ticarət əlaqələrinin genişlənməsində də əhəmiyyətə malikdir.

Azərbaycan-Gürcüstan “Qırmızı Körpü” sərhəd keçid məntəqəsinin Gürcüstan tərəfindən rəis müavini Qeorqi Lomidze bildirib ki, bu tədbir gömrük sahəsində əməkdaşlığın inkişafı baxımından çox böyük əhəmiyyət kəsb edir.


15 İyul 2025
Siyasət

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında imzalanmış iki Anlaşma Memorandumu təsdiqlənib

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

15 İyul 2025
Siyasət

Prezident Səudiyyə Ərəbistanı ilə imzalanmış iki memorandumu TƏSDİQLƏDİ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib.

15 İyul 2025
Siyasət

Əhliman Əmiraslanov: Azərbaycanın 15 iyul hadisələri zamanı Türkiyəyə dəstəyi qardaşlıq nümunəsi idi

Bu gün Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq münasibətləri ən yüksək zirvəsini yaşayır.

15 İyul 2025
Siyasət

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

15 İyul 2025
Siyasət

Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

Slovakiya Azərbaycanda fəxri konsulluq açmağı planlaşdırır.