Tarif Şurasından artımla bağlı - Açıqlama

Tarif Şurasından artımla bağlı - Açıqlama
12 Dek 2016 18:00

Bəzi kütləvi informasiya vasitələrində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır, tariflərin birləşdirilməklə vahid tarif sisteminə keçilməsi tarif artımı kimi təqdim olunur. Bu cür yanlış məlumatlar isə əhali arasında çaşqınlıq yaradır.

Lent.az-ın məlumatına görə, bu barədə Tarif Şurasının yaydığı açıqlamada deyilir.

Tarif (qiymət) Şurası bir daha xatırladır ki, “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 13 may 2016-cı il tarixli Qərarı ilə “Azəristiliktəchizat” ASC üzrə 1 kub metr su təchizatına görə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,35 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,30 manat, tullantı sularının axıdılması xidmətinə görə isə 0,15 manat təsdiq edilib.

Şuranın 28 noyabr 2016-cı il tarixli iclasında müvafiq qərara dəyişiklik olunub, “Azəristiliktəchizat” ASC-nin “Azərsu” ASC-dən aldığı su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə tariflər birləşdirilərək vahid tarif təsdiq edilib. Belə ki, adıçəkilən bu iki subyekt arasında 1 kub metr su təchizatı və tullantı sularının axıdılması tarifləri Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat (0,35 manat + 0,15 manat), digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat (0,30 manat + 0,15 manat) olmaqla dəyişdirilməyib, birləşdirilərək əvvəlki səviyyədə saxlanıb: "Göründüyü kimi, tariflərdə hər hansı artımdan söhbət getmir. Odur ki, Tarif (qiymət) Şurası kütləvi informasiya vasitələrinə diqqətli olmağı, araşdırılmamış məlumatları dərc etməkdən çəkinməyi tövsiyə edir".


18 Yan 2025
Cəmiyyət

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

18 Yan 2025
Cəmiyyət

Qanunsuz saxlanılan silah-sursat aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

17 Yan 2025
Cəmiyyət

Səhiyyə Nazirliyi Ağalıda əhali üçün səyyar müayinələr keçirib

Səhiyyə Nazirliyi Zəngilan rayonun Ağalı kəndində əhali üçün səyyar müayinələr keçirib.

17 Yan 2025
Cəmiyyət

Hər gün yarım qreypfrut yeməyin möcüzəvi faydaları

Qaraciyər sağlamlığını qorumaq üçün təbii qidaların əhəmiyyəti böyükdür. Qastroenterologiya Mütəxəssisi Prof. Dr. Bülent Yaşar qreypfrut, filtr qəhvə, tünd şokolad və bu kimi qidaların faydalarını açıqlayıb.

17 Yan 2025
Cəmiyyət

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı ötən ilin əvvəlindən 41 232 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 222 min 2 nəfərə çatıb.