Tanınmış müğənni: Pişiyim öləndə intihar etməyi düşündüm

Tanınmış müğənni: Pişiyim öləndə intihar etməyi düşündüm
11 2017 10:17

Tanınmış müğənni və “Kelebek - Hürriyet”in köşə yazarı Ömür Gedik “Kanal D”də yayımlanan “Rəngli səhifələr” proqramının qonağı olub. O, verilişdə verdiyi açıqlamaları ilə izləyiciləri təəccübləndirib.

Oxu.Az xəbər verir ki, Ö.Gedik yol qəzası nəticəsində ölən çox sevdiyi pişiyi Kaliko haqqında danışıb.

“Onu yolun ortasında yerdə yatarkən gördüm. Əvvəlcə oyun oynadığını zənn etdim. Əzilməsin deyə onu yoldan götürməyə gedərkən, yaxınlaşdıqca başından qan axdığını gördüm. Dərhal qucağıma alıb yaxınlıqda olan baytara getdim. Tibbi müdaxilə olundu. 5 dəqiqə sonra Kalikonu mənə gətirdilər və öldüyünü söylədilər. Çox kədərləndim, çox ağlamışdım. Onu evimizin bağçasında basdırdıq”,- deyə o bildirib.

“Bunu söyləmək nə dərəcədə doğrudur, bilmirəm, amma bir ara ona qovuşacağam deyə intihar etməyi düşündüm. Çox çətin zamanlar keçirdim”, -deyə ifaçı sözlərinə əlavə edib.
 
O,  “Ölümsüz aşk” adlı mahnısını pişiyi Kaliko üçün yazdığını vurğulayıb


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.