Taekvando üzrə respublika birinciliyi başa çatacaq

Taekvando üzrə respublika birinciliyi başa çatacaq
19 2017 15:02

Azərbaycan Taekvando Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən respublika birinciliyi davam edir.

AZƏRTAC xəbər verir ki, turnirin ikinci günündə səkkiz çəki dərəcəsində mübarizə aparılıb. Qızların yarışında Mehriban Məmmədova (44 kq), Zalikə Babayeva (49 kq), Şəms Həsənova (68 kq), Rafaella Hüseynova (+68 kq) bütün rəqiblərinə qalib gələrək respublika çempionu adına sahib olublar. Oğlanların yarışında isə Məhəmməd Əlizadə (48 kq), Samir Məhərrəmov (51 kq), Cavad Ağayev (63 kq) və Həsən İbrahimov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yanvarın 19-da – çempionatın sonuncu günündə oğlanlar 59, 68 və 78 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. Qızlar isə 46, 52, 55 və 59 kiloqram çəki dərəcələrində güclərini sınayacaqlar.

Turnirdə Bakıda və bölgələrdə fəaliyyət göstərən komandaların təmsilçiləri medallar uğrunda yarışırlar.


5 Dek 2023
İdman

“Formula-1”də 2026-cı ildə Madrid Qran-prisi olacaq

“Formula-1” rəhbərliyi 2026-cı ildən İspaniyada iki yarış keçirəcək.

5 Dek 2023
İdman

FHN-in karate komandasının idmançıları respublika çempionatında uğur qazanıblar - FOTO

30 noyabr - 3 dekabr 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsində yerləşən İdman-Sağlamlıq Klubunun idman arenasında Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında 28-ci ölkə birinciliyi, böyüklər və parakarateçilər arasında 31-ci respublika çempionatı keçirilib.

4 Dek 2023
İdman

Azərbaycanın daha bir paralimpiya çempionu Qran-pridə gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycanın daha bir paracüdoçusu Vüqar Şirinli Yaponiyanın paytaxtı Tokioda gerçəkləşən Qran-pridə medal qazanıb.

4 Dek 2023
İdman

Azərbaycanın kişi güləşçiləri dünya çempionatında beş medal qazanıblar - YENİLƏNİB

Kişi güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının üçüncü gününü beş medalla başa vurublar.

1 Dek 2023
İdman

Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı keçirilib - FOTO

Noyabrın 29-da Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının ikinci günündə sərbəst güləş üzrə növbəti mükafatlandırma mərasimi keçirilib.