TƏCİLİ XƏBƏR: Azərbaycan DTX-nin keçirdiyi xüsusi əməliyyat nəticəsində 4 terrorçu məhv edilib

TƏCİLİ XƏBƏR: Azərbaycan DTX-nin keçirdiyi xüsusi əməliyyat nəticəsində 4 terrorçu məhv edilib
01 2017 11:13

Bakıda Azərbaycanda terror aktları törətməyə hazırlaşan şəxslər zərərsizləşdirilib.

Bu barədə APA-ya Dövlət Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxsin partlayıcı maddələr və silah-sursat əldə edib dini ekstremizm zəminində ölkə ərazisində müxtəlif yerlərdə terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib. Təxirəsalınmaz tədbirlər nəticəsində dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan vətəndaşları – “Abu Hafsa” ləqəbli M.Ulubəyovun, “Abdulqərib” ləqəbli Q. Dəmirovun, “Əbdülxalid” ləqəbli F. Sadıqovun, T. Alməmmədovun  və “Abdullah” ləqəbli S. Məmmədovun tutulması üçün bu il yanvarın 31-də xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı qrup üzvlərindən M. Ulubəyov, T. Alməmmədov, Q. Dəmirov və S. Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. 


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.