Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxuliya “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulub.
Bu barədə AZƏRTAC-a “Ermənistan-Azərbaycan Sülh Platforması”nın mətbuat xidmətindən məlumat veriblər.
O, bununla bağlı bəyanatında bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hər iki dövlətin ərazi bütövlüyü və suverenliyi, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri nəzərə alınmaqla sülh yolu ilə həlli vacibdir. Bəyanatda deyilir: “Eləcə də “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin yerinə yetirilməsinin vacib olduğunu vurğulamaq istəyirəm. ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayıram”.
Xalqların birgə yaşayışını və 25 ildən çox davam edən münaqişənin həllini dəstəklədiyini qeyd edən Quram Marxuliya bildirib: “Yuxarıda göstərilən səbəblərə görə, əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulduğumu bəyan edirəm”.
Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.
Rusiya Federasiyası Elm və Ali Təhsil nazirliyinin dəstəyi ilə A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqənin nəticələri açıqlanıb.
Bu gündən artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə turizm məqsədli səfərlər başlayır.