Sürücülərin diqqətinə: Bu radarlar sizi çəkə bilməz – FOTO

Sürücülərin diqqətinə: Bu radarlar sizi çəkə bilməz – FOTO
26 2017 10:04

Aeroport yolunda olan tabloların yanındakı heç-bir radarın sürət çəkmək hüququ yoxdur.

Məsələn, Mərdəkan yolu ilə şəhərə doğru gəlirsiniz (əslində istiqamət fərq etməz). Bu zaman qarşınızda tablolar və orada hərəkət sürətləri çıxır: 80 km/saatda, 100 km/saatda, 120 km/saatda.


Siz qanunla bu tablolardan sonra həmin sürətlərdən birini seçib müvafiq zolaqla hərəkət edəcəksiniz. Bu tablonu keçirsiniz və təxminən 3 km-dən sonra qarşınıza daha bir tablo çıxır.



Bu şəkil sürət tablosundan və radarlarından 100 metr məsafədə çəkilib. 

Əgər avtomobili 100-lük zolaqda saatda 130 km sürət ilə idarə edirsinizsə, radar sizi çəkə bilməz, çünki YHQ-un 50-ci maddəsində deyilir:

“VII. Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədi ilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır”.



Əgər verilmiş sürət hətta 60 km/saatda belə aşılarsa, radarlar bunu qeydə ala bilməz. Əgər bu radarlar qayda pozuntusunu qeydə alarsa, işarə olmaması səbəbindən ləğv edilməlidirlər, çünki qanun belə deyir - 50-200 metr məsafədə işarə olmalıdır. 

“Mən bütün bu yolların hamısını keçdim. Aeroport yolu və Zığ şosesində olan bütün radarların hamısına baxmışam. Yalnız Zığ avtomagistralında 1 yerdə “İ” informasiya lövhəsi var. Digər radarların heç-birinin 50-200 metrliyində nə “İ” informasiya, nə də ki 3.24 maksimum sürətin məhdudlaşdırılması nişanı yox idi” - Dj.Tural yazır. 

Qanuna əsasən, belə nişanları olmayan radarların göstəriciləri qəbul edilmir. Yəni sürücü qaydanı pozur, lakin heç kim onu məsuliyyətə cəlb edə bilmir. 

Beləliklə, əgər sizə bu yollarda radar gəlibsə və buna görə cərimə tədbiq olunursa, rahatlıqla şikayət verə bilərsiniz, çünki bu halda qanun sizin tərəfinizdədir. 




24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.