Sürücülərə BƏD XƏBƏR: Polis həyətdə saxlanılan maşınlara da cərimə yazacaq

Sürücülərə BƏD XƏBƏR: Polis həyətdə saxlanılan maşınlara da cərimə yazacaq
24 2017 11:58

Əgər sürücü maşınını çoxmərtəbəli binanın həyətində düzgün park etməyibsə, məsuliyyətə cəlb oluna bilər.
 
BAKU.WS-in məlumatına görə, /Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında belə deyib.
 
O bildirib ki, DYP-yə başqa sürücülərin maşınlarını düzgün park etməməsi səbəbindən, öz maşınını həyətinə sürə bilməyən şəxslərdən çoxsaylı şikayətlər daxil olur. Əsədovun sözlərinə görə, bu, parklama qaydasının pozulmasına dair inzibati hüquq pozuntusudur.
 
"Biz həyət yollarında hansı tədbirləri görməliyik ki, vətəndaşlar razı qalsınlar? Heç olmasa, maşını tərk edən sürücülər onun şüşəsinə öz telefon nömrələrini yapışdırsınlar ki, irəlidə hər hansı xoşagəlməz situasiya ilə rastlaşmasınlar" — polkovnik qeyd edib.
 
BDYPİ rəsmisinin sözlərinə görə, əgər hadisə qapalı həyətlərdə baş verirsə, onda yol polisi ora müdaxilə edə bilmir: "Lakin avtomobil sahibi düşünülmüş şəkildə maşınların həyətdaxili yollarda ümumi istifadəsinə mane olursa, onları bağlayırsa, onda o, məsuliyyət daşıyır. Biz həmişə vətəndaşlara xidmət edirik. Lazım gələrsə, qanunu pozanı tapırıq və maşını başqa yerdə saxlamağı xahiş edirik. Bütün bu məsələlər qanunla tənzimlənir".
 
Bununla belə, V. Əsədov yol polisinin işini çətinləşdirməməyi rica edir. Deyir ki, onsuz da, şəhər yollarında kifayət qədər qaydaları pozan sürücülər var. O, əhali arasında bu istiqamətdə anlaşılan bir dildə maarifləndirmə, izahat işlərinin aparılmasını tövsiyə edir.
 
"Vətəndaşlar, avtomobil sahibləri piyadaları və digər sürücüləri də düşünməlidirlər. Əgər bu gün kimsə qaydaları pozursa, başqalarına mane olursa, bilməlidir ki, sabah da ona qarşı eyni addımı atacaqlar" — polis yetkinlisi vurğulayıb.

25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.