Suriyada kimyəvi hücum nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb

Suriyada kimyəvi hücum nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb
05 2017 14:15

Suriyanın İdlib əyalətində kimyəvi hücum nəticəsində həlak olanların sayı 72 nəfərə çatıb. Britaniyada yerləşən İnsan Haqlarının Müdafiəsi üzrə Monitorinqin Suriya Mərkəzi ölənlər arasında 20 uşağın və 17 qadının olduğunu bildirib.

AZƏRTAC BBC.com saytına istinadla xəbər verir ki, hüquq müdafiəçiləri hadisə nəticəsində itkin düşənlər olduğundan həyatını itirənlərin sayının artacağını güman edirlər.

Xatırladaq ki, aprelin 4-də səhər saatlarında Xan-Şeyhun şəhəri ağır bombardmana məruz qalıb. Suriyalı fəalların verdiyi məlumata əsasən, ölkənin şimal-qərbində yerləşən şəhərə ya hökumət qüvvələri, ya da Rusiyaya məxsus aviasiya hücum edib. Bombardmanın ardından insanlar boğulmağa və qusmağa başlayıb, bəzilərinin ağzından köpük gəlib.

TASS informasiya agentliyinin yaydığı xəbərdə bildirilir ki, Rusiya və Suriya hərbçiləri insidentdə iştiraklarını təkzib ediblər. Bir müddət sonra RF Müdafiə Nazirliyi Xan-Şeyhunun şərq ətrafına Suriya aviasiyasının zərbə endirdiyini açıqlayıb. Rusların məlumatına əsasən, bombardman nəticəsində yaraqlıların zəhərli maddələrdən istifadə etməklə silah-sursat hazırladıqları sex dağılıb.

Britaniya və Fransa İdlib əyalətində kimyəvi silahdan istifadə olunmasını qınayan qətnamə layihəsini BMT-nin Təhlükəsizlik Şurasına çıxarıb. Təhlükəsizlik Şurası Xan-Şeyhun şəhərindəki insidentlə bağlı bu gün axşam saatlarında açıq iclas keçirəcək.


24 Yan 2025
Dünya

Pakistan prezidenti Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ilə görüşüb.

24 Yan 2025
Dünya

Türkiyədə zəncirvari qəza olub, 3 nəfər ölüb, 33-ü yaralanıb

Türkiyənin Konya şəhərində yük maşını ilə sərnişin avtobusu yolda dayanmış TIR-a çırpılıb.

24 Yan 2025
Dünya

Böyük Britaniya və İrlandiyada nəqliyyatın fəaliyyəti iflic olub

Böyük Britaniya və İrlandiyada tüğyan edən "Eovin" fırtınası səbəbindən dəmir yolu və hava nəqliyyatında fasilələr müşahidə olunur.

24 Yan 2025
Dünya

Qəzzada məktəblərin 88 %-i döyüşlər zamanı ziyan çəkib

Qəzza zolağında 660 min uşaq təhsildən məhrumdur, çünki Fələstin anklavındakı məktəblərin 88 %-i ziyan çəkib.

24 Yan 2025
Dünya

Tailandda 350-dən çox məktəb bağlanıb, insanlara evdən işləmək tövsiyə edilib

Tailandın paytaxtı Banqkokda hava çirklənməsinin əhəmiyyətli dərəcədə artması səbəbindən 350-dən çox məktəb bağlanıb.