Suriyada İŞİD-in əsas komandirlərindən biri məhv edilib

Suriyada İŞİD-in əsas komandirlərindən biri məhv edilib
29 Dek 2016 11:41

Suriyada Koalisiyanın hava zərbələri zamanı İŞİD-in əsas komandirlərindən biri məhv edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Agentliyin sözçüsü bildirib ki, İŞİD terror qruplaşmasının komandiri Əbu Candal əl-Kuveyti Suriyanın Rakka şəhərindən 40 kilometr aralıda yerləşən Fərat çayının yaxınlığında öldürülüb. Agentliyin məlumatına görə, o, bu şəhərdə qruplaşmanın əsas komandirlərindən biri idi.

Qeyd edək ki, Rakka şəhəri İŞİD-in Suriyadakı "paytaxtı" sayılır. 300 min əhalisi olan şəhər İŞİD tərəfindən 2013 cü ildə zəbt edilib.


4 Okt 2023
Dünya

Batumiyə meteorit düşüb - ANBAAN VİDEO

Gürcüstanın Batumi şəhərinin səmasında meteoritin düşməsi müşahidə edilib.

4 Okt 2023
Dünya

Britaniyanın Baş naziri dünya dövlətlərini Ukraynaya dəstəyi davam etdirməyə çağırıb

Böyük Britaniyanın Baş naziri Rişi Sunak dünya ölkələrinə müraciət edib.

4 Okt 2023
Dünya

Ankarada bina yanıb, 1 yanğınsöndürən həlak olub

Türkiyənin paytaxtı Ankaranın Keçiören rayonunda 7 mərtəbəli binada yanğın olub.

4 Okt 2023
Dünya

Ərdoğan İspaniya səfərini təxirə saldı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı partiya iclası, həmçinin İspaniyaya səfəri təxirə salınıb.

4 Okt 2023
Dünya

Əfqanıstanda terror hücumlarının 90 faizini Tacikistan vətəndaşları həyata keçirir

Əfqanıstanda intihar hücumlarını həyata keçirən şəxslərin 90 faizi Tacikistan vətəndaşlarıdır.