Suriya ordusu Dəməşqin şərqində yerləşən sənaye rayonunda terrorçular tərəfindən ələ keçirilən bütün binaları geri qaytarıb.
REALPRESS.Az Report-a istinadən xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələri komandanlığının SANA agentliyi tərəfindən yayılan kommünikesində bildirilir.
Qeyd olunur ki, hərbçilər məğlubiyyətə uğradılmış dəstənin sağ qalan və Cobar məhəlləsində gizlənməyə çalışan üzvlərini təqib edirlər.
“Son 48 saat ərzində paytaxtın şərq hissəsindəki toxuculuq fabriki yüzlərlə terrorçunun məzarına çevrilib”, - deyə bəyanatda bildirilir.
Qəzza zolağında köçürülən insanların sayı 1,8 milyon nəfərə çatıb. Bu, anklav sakinlərinin təxminən 80%-ni təşkil edir.
Türkiyənin Şırnak bölgəsində Qabar dağında aparılan seysmik və qazma işləri nəticəsində hər gün yeni neft yataqları kəşf edilir.
Krımda sahilə vuran fırtınadan sonra təxminən 9,3 min insan işıqsız qalıb.