Suraxanı rayonu Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirilib

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirilib
27 2017 16:43

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin və Mərkəzin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 2016-2017-ci tədris ilində növbəti açıq dərs keçirilib.

Açıq dərsdə rayonun 114, 141, 232, 270 və 280 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak ediblər. Dərsdə iştirak edən şagirdlər əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olublar, Ulu Öndərin zəngin irsinin, həyat və fəaliyyətinin müxtəlif dövrlərinin öyrənilməsi məqsədilə “Millət Atası” filmini izləyiblər.

Sonra dərsin mövzusunu elan edən rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd edib ki, Azərbaycanın yarım əsrə bərabər dövrünü əhatə edən Heydər Əliyev epoxası tariximizə qızıl hərflərlə həkk olunan bir əbədiyyət dastanıdır. Ulu öndər Heydər Əliyev öz bəşəri əməlləri ilə qüdrətli dövlət xadimi və əvəzedilməz bir şəxsiyyət olduğunu dünya qarşısında nümayiş etdirib, özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiliyi, alicənablığı, vətənpərvərliyi və digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.

B.Barxudarov vurğulayıb ki, bu gün Azərbaycan dövləti və xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru məhz Heydər Əliyevin təməlini qoyduğu yolla inamla irəliləməkdədir. Ümummilli lider Heydər Əliyevin nəcib əməllərini davam etdirən, onun milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılayan, amallarını rəhbər tutaraq fəaliyyət göstərən, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfələrini verən Heydər Əliyev Fondu UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizin dünya miqyasında daha geniş spektrdən tanınmasında, qədim və zəngin mədəniyyətə, söz, muğam sənətinə malik xalqımızın milli dəyərlərinin qorunmasında və təbliğində mühüm rol oynayır.

Daha sonra 280 nömrəli tam orta məktəbin müəllimi Səidə Nəbiyeva, 232 nömrəli tam orta məktəbin müəllimi Zərxanım Zülfüqarova, 270 nömrəli tam orta məktəbin müəllimi Təranə Mirzəyeva, 280 nömrəli tam orta məktəbin müəllimi Aksana Usubəliyeva, 141 nömrəli tam orta məktəbin müəllimi Esmiralda Hacıyeva, 114 nömrəli tam orta məktəbin müəllimi Kənan Əliyev dərs dedilər, mövzular xüsusi hazırlanmış animasiya, foto, videomateriallarla şagirdlərin diqqətinə çatdırılıb.


18 Mar 2023
Cəmiyyət

B12 vitamini ilə zəngin qidalar – SİYAHI

Vitamin B12 elə bir vitamindir ki, bədən onu istehsal edə bilmir. 

18 Mar 2023
Cəmiyyət

Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib - FOTO

2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının hərbi hissə və birləşmələri arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.

18 Mar 2023
Cəmiyyət

FHN: Ötən sutka 38 yanğına çıxış olub, 5 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

18 Mar 2023
Cəmiyyət

Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” bağışlayıb

Slovakiya və Ukrayna “MiQ-29” qırıcılarının Kiyevə təhvil verilməsi haqqında saziş imzalayıb.