Alimlər süni intellektin ürək çatışmazlığı olan xəstələrin ölüm tarixini təxmin edə biləcəyi ideyasını irəli sürüblər.
AZƏRTAC bbc.com saytına istinadla xəbər verir ki, proqram vasitəsilə qan testlərini və ürək döyüntülərini “skan” edərək orqanın fəaliyyətini nə zaman dayandırmasını öyrənmək olur. İngiltərə Tibbi Araşdırma Şurasının alimləri bu texnologiya vasitəsilə daha aqressiv müalicəyə ehtiyacı olan xəstələri tapmaqla onların həyatını xilas etməyin mümkünlüyünü bildiriblər. 256 xəstənin ürək və qan testinin maqnit-rezonans tomoqrafiyasının nəticələri proqramda yoxlanılıb. Onun vasitəsilə hər ürək döyüntüsü zamanı orqanizmin 30 min fərqli nöqtəsinin hərəkəti ölçülüb. Bu məlumatlar xəstənin səkkiz illik sağlamlıq qeydləri ilə birləşdiriləndə süni intellekt hansı anormallıqların xəstənin ölüm tarixini proqnozlaşdırdığını öyrənib. Texnologiya bir il sonra həyatda olanların vaxtını təxminən 80 faiz doğru təxmin edib. Bu zaman həkimlərin ehtimalı 60 faizə bərabər idi.
Proqram vasitəsilə beş il sonranı da təxmin etmək mümkündür. Tədqiqatçılar kardiomiopatiya kimi ürək çatışmazlığının digər formalarında da bu texnologiyanı istifadə etmək istəyirlər.
Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.
Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Mayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.