Süni intellekt haqqında nə bilirik ?

Süni intellekt haqqında nə bilirik ?
13 2017 10:46

Süni intellekt intellektual maşın yaratmağı, xüsusən yalnız insanlara məxsus olduğu düşünülən yaradıcı fəaliyyətlə məşğul ola bilən intellektual proqram yaratmağı özünə məqsəd götürmüş elm və texnologiyadır. Bu elm həmdə insan intellektinin araşdırılması kimi də başa düşülür.

Süni intellekt bir elm kimi praktik və nəzəri hissələrdən ibarətdir. Praktik cəhətdən «Süni intellekt» problemi bir tərəfdən informatikaya və hesablama riyaziyyatına, digər tərəfdən isə neyrofiziologiyaya və psixologiyaya aid edilir.

«Süni intellekt» haqqında ilk fikirlər mexaniki materealizmin yaranması ilə, Dekartın «Metod haqqında mühakimələr» və Tomas Qobbsun «İnsan təbiəti» əsərlərində öz əksini tapdı.

1943-cu ildə U. Mak-Kallok və U. Pitts öz məqalələrində süni neyron sistemi anlayışını təklif etdilər. D. Xebb 1949-cu ildə «Davranış oraqanizasiyası» əsərində neyronların öyrənilməsini əsaslarını göstərdi. Bu fikirlər bir neçə il sonra amerikan neyrofizioloq Frenk Rozenblattı inkişaf etdirdi. O, insan davranışlarını modelləşdirən mexanizm yaratmağı təklif etdi və onu «Perseptron» adlandırdı.

Süni intellekt nə ilə məşğul olur sualının cavabı tam mənada yoxdur. Hər bir yazıcı süni intellekt haqqında kitab yazarkən bu elmə müəyyən bir aspektdən yaxınlaşır.

Fəlsəfi cəhətdən insan intellektinin təbiəti və mənşəyi  sualının cavabı hələ yoxdur. Kompüter «şüurluluğunun» da hər hansı bir həddi yoxdur, lakin süni intellektin yaradılmasına bir sıra hipofizlər verilib, bunlara da Turinq testini və Nyuel-Saymon hipofizini misal göstərmək olar. Ona görə də süni intellekt probleminin qoyulmasına iki cür yaxınlaşmaq olar:

Yuxarıdan aşağıya, semiotik – ekspert sistemlər, biliklər və məntiqi qərarlar bazası,  yüksək səviyyəli psiki prosessləri təqlid edən  sistemlərin yaradılması, məsələn, düşüncə, danışıq, incəsənət və s.

Aşağıdan yuxarıya, bioloji – biolojik elementlərə əsaslanan intellektləri modelləşdirmək üçün neyron sistemlərinin öyrənilməsi, evolusiya hesablamalarının aparılması, həmçinin neyrokomputer və biokomputerlərin yaradılması.Con Mak-Kartni tərəfindən verilən bu yaxınlaşma süni intellekt elminə daxil deyil,yalnızca məqsədləri birdir.

Süni intellektin yaradılması probleminə bir çox istiqamətdə yanaşmalar olmuşdur. Bunlardan bir neçəsi aşağıda qeyd olunmuşdur:

Turinq testi və intuitiv yanaşma-Modern komputerlərin atası sayılan Alan Turinq süni intellekt haqqında ilk fikirlərini 1950-ci ildə «Mind» jurnalında çap edilmiş «Hesablama maşınları və şüur» məqaləsində bildirib. O, həmin məqalədə insan ilə kompüterin arasında gedən testdən danışıb. Belə ki bu testdə bir insan hakim olur və bir insan və bir komputerlə sual-cavab edir. Hakim nə həmin adamı , nə də komputeri görə bilir. Turinq deyir ki komputer o zaman süni intellektə sahib ola biər ki, o hakimi çaşdırsın və hakim onunla adamın yoxsa komputerin danışdığını başa düşə bilməsin. Bu testə Turinq testi deyilir.

Simvolik yanaşma – Süni intellekt probleminə simvolik yanaşma ilk rəqəmsal maşınların yaranması dövründə yaranıb. Bu yanaşmada problemlərin həllinin tapılmasının uğur və səmərəliyi üçün informasiyanın abstraktlığı vacibdir.

Məntiqi yanaşma  – Süni intellekt sisteminin yaradılmasına məntiqi yanaşma modelləşdirilmiş mühakiməyə əsaslanır. Teorik əsas kimi məntiqə əsaslanır.

Agentli-orientasiyalı yanaşma – 1990-cı illərdə yaranmış yanaşmadır, aqentli-orientasiyalı yanaşma və yaxud intellektual aqentlərdən istifadə edən yanaşma adlanır. Bu yanaşmaya görə intellekt intellektual maşının qabağına qoyulmuş məqsədləri yerinə yetirilməsini hesablayan hissədir. Belə bir maşın ətraf aləmi sensorlarla qavrayan intellektual agent olacaq və onu əhatə edən obyektlərə icraedici mexanizmlərlə təsir edə biləcək.

Maşınların təlimi sərbəst şəkildə süni intellekt biliklərinin və onun işləmə proseslərinin alınmasına aiddir. Bu  süni intellekt elminin ilk dövrlərindən mərkəzi olmuşdur. 1956-cı ildə Darmund yaz konferansında Rey Solomonoff öz-özünü öyrədə bilən maşının ola biləcəyi haqqında hesabat yazdı və onu «İntuitiv nəticə maşını» adlandırdı. Maşın təliminin iki növü vardır; müəllimsiz və müəllim ilə. Müəllimsiz öyrənmə cisimləri olduğu kimi qavramağa icazə verir. Müəllim ilə öyrənmə isə sinifləndirməyə və reqressiv analizə kömək edir. Sinifləndirmə onun üçün istifadə olunur ki,  cismin hansı kateqoriyaya aid olduğu aydınlaşdırılsın. Reqressiv analiz isə ədədi sıralarda giriş ədədlərindən istifadə olunan funksiya tapılması ilə çıxış ədədinin proqnozlaşması üçün istifadə olunur.Təlim prossesi zamanı maşının düzgün cavabları mükafatlandırılır, yalnış cavabları isə cəzalandırılır.

Robotexnika sahəsi və süni intellek elmi bir- biri ilə sıx əlaqədardır. Robotexnikada süni intellektdən istifadə edib intellektual robotların yaradılması süni intellekt elminin yeni bir sahəsini yaradır. İntellektuallıq üzərində cisimləri manipulyasıya etmək , olduğu yeri tapmaq, ətraf aləmi təhlil etmək və hərəkəti planlaşdırmaq üçün  işləmək lazımdır. Süni intellekti olan robotlara misal olaraq oyuncaq-robot Pleo,  Aibo, Qrio və s. göstərmək olar.

Süni intellekt elminin inkişafını iki istiqamətə ayırmaq olar:

  • İnsan qabiliyyətlərinə ixtisaslaşdırılmış süni intellekt sistemlərinin yaxınlaşmasına əlaqədar olan problemlərin həlli və insan təbiətini reallaşdıran inteqrasiyalar;
  • İnsanlıq problemlərini həll edə bilən artıq yaradılmış süni intellekt sistemlərinə əsaslanan süni intellektin yaradılması.

Hal-hazırda süni intellekt sahəsində daha çox fundamental deyil, praktik sahədə bir çox mövzuya maraq var. Süni intellektin yaradılmasına bir çox yanaşmalar istifadə edildi, lakin hələ də mükəmməl süni intellekti heç bir qrup yarada bilməyib.

Ən məşhur süni intellektlər- Pepper-Yapon şirkəti olan  Aldebaran Robotics və Softbank Mobile tərəfindən 2015-ci ildən satışa çıxarılmışdır. Bu humanoid robotun digər robotlardan fərqi odur ki, onun emosiyaları var. Pepper ətraf aləmi 3D kameralar vasitəsi ilə təhlil edə bilir, boyu 1.2 metr, kilosu isə  28 kilodur. O, insanların mimikaları ilə onların əhval-ruhiyyəsini başa düşə bilir. Həmçinin o, öz-özünü öyrədə bilən robotdur və lazım olan cavabları axtarmaq üçün internetə çıxışı var. Pepper hətta onu itələdikdə belə öz müvazinətini saxlaya bilir, insan toxunuşlarını hiss etmək üçün onda sensor qurğuları vardır.

Watson– IBM şirkərinin yaratdığı bu süni intellekt insan danışığını başa düşür və çoxlu sayda alqoritmlər vasitəsi ilə axtarış apara bilir. Watson amerikan intellektual oyunu olan «Jeopardy!» oyununda iştirak etmış və oyundakı iki iştirakçısına da qalib gəlmişdir.

Virtual söhbət  proqramları, ChatMaster-

Virtual söhbət proqramları insan danışığını təqlid edən, bir və daha çox insanla söhbət edən komputer proqramıdır. Ilk belə proqramlardan biri 1969-cu ildə Cozef  Beyzenbaum tərəfindən yaradılan Eliza proqramı olmuşdur. Belə düşünülür ki, ideal  virtual söhbət proqramı Turinq testini keçə biləcək. Chatmaster özü-özünü öyrədə bilən , insanla dialoq apara bilən proqramdır. Dialoq klaviatura ilə aparılır və ekranda əks etdirilir. Dialoq bütün dillərdə və hətta ieroqriflərlə də  aparıla bilir. Proqram yalnız yazılmış sözə deyil həmdə mətnin özünə reaksiya verə bilir. Proqramın cavabını nəinki düzəltmək həm də öz istədiyin cavab ilə dəyişdirmək olur.

Süni intellektlər haqqında maraqlı faktlar

  • Süni inttelktlərin istifadə olunduğu ağıllı sistemlərdə əksər hallarda qadın səslərindən istifadə olunur.
  • Bir çox valıdeynlər robot ev heyvanlarına üstünlük verirlər. Jan-Lu Raulun fikrinə görə 2025-ci ildə robot ev heyvanları canlı ev heyvanları ilə ciddi konkurent olacaq.
  • 2015-ci ildə Yapon tədqiqatçıları bildiriblər ki, öz-özünü bərpa edən robot düzəldiblər, belə ki, həmin robot iki ayağı belə olmayanda özünü bərpa edə bilir.
  • 1997-ci ildə Deep Blue adlı komputer məşhur şahmat çempionu Harri Kasparovu məğlub edib.

Stiven Havkinqsin süni intellekt haqqında fikirləri- Məşhur ingilis teorik fiziki və kosmoloqu olan Stiven Havkinq də süni intellekt haqqında fikrini bildirib. O, süni intellekt üçün ya bəşəriyyətin ən yaxşı, ya da ən pis naliyyəti olacağını deyib. Onun fikrinə görə süni intellekt yaradılsa o sürətlə evolusiya edib insan intellektini üstələyə bilər. Havkinqs fikrini belə bir nümünə ilə əsaslandırıb, deyək ki, elektrik stansiyası tikirsiz və bu zaman qarışqa yuvasını təsadüfən sökürsüz, heç kim qarışqaları vecinə almayacaq, özünüzü qarışqa yerinə qoymayın.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.