Sumqayıtda bir evdən iki dəfə oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən il dekabrın 31-nə keçən gecə Sumqayıt şəhərində yaşayan Həsən Fərhadovun evindən açar seçmək yolu ilə 2400 ABŞ dolları və 300 manat pul oğurlanıb.
Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini Tacir Həsənov, Sumqayıt şəhər sakinləri Rüfət Nəsirov və Azad Aslanov tutulublar.
R.Nəsirovun ətrafinda aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi Ruslan Mirzəyevlə birgə ötən ilin oktyabr ayında H.Fərhadovun evindən 5200 ABŞ dolları oğurlaması da müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə R.Mirzəyev də saxlanılıb.
Azərbaycanda son sutkada koronavirusa 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb.
“Yayda koronavirusa qarşı immuniteti formalaşan insanların sayı 60 faizə çatacaq”.
Dekabrın 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublikamızın ərazisində xüsusi karantin rejiminə əməl etməyən 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.