Sumqayıt tələbələri iqtisadi və məntiqi biliklərini sınayıblar

Sumqayıt tələbələri iqtisadi və məntiqi biliklərini sınayıblar
14 Dek 2016 17:15

Sumqayıt Dövlət Universitetinin (SDU) 55 illik yubileyi ilə əlaqədar dekabrın 14-də iqtisadi bilik yarışı keçirilib. Yarış universitetin iqtisadiyyat və idarəetmə fakültəsi və Sumqayıt Dövlət Texniki Kollecinin birgə təşkilatçılığı ilə reallaşıb.

SDU-nun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, rektor Elxan Hüseynov çıxış edərək belə bilik yarışlarının gənclərin daha yüksək səviyyədə yetişməsinə, onlarda elmi motivasiya hissini gücləndirməyə və gələcək uğurlara həvəsləndirməyə yönəldiyini deyib.

Yarışa start verildikdən sonra 6 komanda bilik və bacarıqlarını sınayıb. İştirakçılara 45 sual, hər sualın cavablandırılmasına isə 30 saniyə vaxt verilib. Suallar əsasən iqtisadi və məntiq sahələrini əhatə edib.

Gərgin və maraqlı keçən bilik yarışında I yerə “Zirvə”, II yerə “Oliqarxlar”, III yerə isə “Kapital” və “Kökaltı” komandaları layiq görülüblər.


11 Sent 2026
Cəmiyyət

Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Şuşada yeni məscidin tikintisinin gedişatı ilə tanış olublar.

11 Sent 2026
Cəmiyyət

Dördüncü İqlim Həftəsi başa çatıb

Bakıda Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Dördüncü İqlim Həftəsi öz işinə yekun vurub.

11 Sent 2026
Cəmiyyət

Cəbrayıl Dövlətzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin ən gənc şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin doğum günüdür.

11 Sent 2026
Cəmiyyət

Xarici diplomatlar Xankəndidəki tikiş fabrikində - FOTO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində fəaliyyət göstərən "AzCotton" tikiş fabriki ilə tanış olublar. Diplomatlara bu istehsal müəssisəsinin fəaliyyəti  barədə məlumat verilib.

11 Sent 2026
Cəmiyyət

Hikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - Video

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetinin tələbələri ilə görüşüb.