Fevralın 11-də Sumqayıt şəhərindəki Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Nəzər Atayev tərəfindən icra olunan “Gənclərin antinarkomaniya klubu” layihəsi çərçivəsində ilk seminar baş tutub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Nəzər Atayev layihənin məqsədi, qarşıya qoyulmuş vəzifələr, Gənclər Fondu haqqında geniş məlumat verib.
Daha sonra müstəqil ekspert Emil Maqalov iştirakçılara narkomaniyanın fəsadları, törətdiyi xəstəliklər və həmin xəstəliklərin yayılmasına qarşı görülən tədbirlər, narkotik maddələrə aludə olmuş şəxslərin cəmiyyətə yenidən inteqrasiya etmələri üçün müalicə üsulları, bu sahədə görülən maarifləndirmə işləri və s. haqqında danışıb.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Layihənin əsas məqsədi ümumi maarifləndirmə işləri aparmaqla gənclər arasında narkomaniyanın qarşısının alınmasına dəstək olmaqdır.
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib
Parlament Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalının təsis edilməsini təsdiqləyib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam dəmiryolu stansiyası ilə bağlı paylaşım edib.