Sumqayıt şəhərində fəaliyyət göstərən Səməd Vurğun adına Mərkəzi Kitabxanada gün ərzində 400-ə yaxın oxucu sorğusu cavablandırılır. Burada oxucuların sayını artırmaq üçün yeni proqramdan da istifadə olunur. Kitabxanada avtomatlaşdırılmış şəbəkə qurulub, elektron kataloq və elektron kitabxana yaradılıb.
Sumqayıt Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) direktoru, Əməkdar Mədəniyyət İşçisi Yeganə Əhmədova AZƏRTAC-a bildirib ki, kitabxanada 6 şöbə fəaliyyət göstərir. Oxucuya lazım olan kitabı tez tapmaq üçün əlifba və sistemli kataloqlar, sistemli və ölkəşünaslıq kartotekaları tərtib edilib. 2009-cu ildə kitabxananın veb-saytı da yaradılıb. Elektron kataloqun bazasında müntəzəm iş aparılır, elektron kitabxanaya dəyərli çap əsərlərinin yüklənməsi davam etdirilir. Kitabxananın zəngin ədəbiyyat fondundan oxucularla yanaşı, virtual istifadəçilər də yararlanırlar.
Burada oxuculara nümunəvi xidmət göstərmək üçün yeni metodlardan da istifadə edilir. Bu barədə danışan Y.Əhmədova deyib ki, fiziki imkanları məhdud uşaqlar üçün evdə xidmət təşkil olunub. Oxucuların sayını çoxaltmaq üçün İRBİS–64 kitabxana proqramı “Alisa” proqramı ilə əvəzlənib.
Hər bir internet istifadəçisi kitabxananın veb-səhifəsinə daxil olmaqla, elektron kataloqdan və digər elektron resurslardan istifadə edə bilər.
"İşğaldan azad edilmiş Şuşa (6 min 43.7 hektar), Xocalı (24 min 824.4 ha), Ağdərə (46 min 606.7 ha) və Kəlbəcər (15 min 181.4 ha) rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə, ümumi sahəsi 92 min 656.2 hektar olan yeni Milli parkın yaradılması nəzərdən keçirilir".
"Hazırda Qarabağ Universitetinin yeni korpuslarının yaradılması üçün Xankəndi şəhərində işlər aparılır".
Yeni yaşıllıq sahələrinin salınması layihələri çərçivəsində Zəngilan rayonu ərazisində 55,0 hektar (ha), Ağdam rayonu ərazisində 11,0 ha, Cəbrayıl rayonu ərazisində isə 38,0 ha yeni yaşıllıq sahəsi salınıb.
Xankəndi şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.