Stress ürək-damar xəstəlikləri və insult riskini artırır

Stress ürək-damar xəstəlikləri və insult riskini artırır
12 2017 17:58

Beynin amiqdala adlanan hissəsinin yüksək aktivliyi stressə səbəb olur. Bu da insanlarda ürək xəstəlikləri və insult riskini artırır.

AZƏRTAC sciencedaily.com saytına istinadla xəbər verir ki, Harvard Tibb Məktəbinin alimləri bu iddianı araşdırmaq üçün 293 xəstənin üzərində tədqiqat aparıb. Tədqiqatçılar xəstələrin beyin, sümük iliyi, dalaq aktivliyini və arteriyalarının iltihabını qeyd etmək üçün onlar üzərində birləşdirilmiş PET müayinəsi və kompüter tomoqrafiyası həyata keçirib. Xəstələrdə ürək-damar xəstəliklərinin inkişafını müəyyən etmək üçün onlar 3 ildən artıq izlənilib. Nəticədə 22 xəstədə infarkt, angina, ürək çatışmazlığı, insult və periferik arterial xəstəliklərinə rast gəlinib. Belə ki, yüksək amiqdala aktivliyi olanlarda ürək-damar xəstəlikləri riski az aktiv olan insanlara nisbətən çox olub. Alimlər amiqdaladakı yüksək aktivliyin sümük iliyinin fəaliyyəti və arteriyaların iltihabı ilə bağlı olduğunu və bunun ürək-damar xəstəlikləri riskini artırdığını müəyyən ediblər.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.