İsveç paytaxtı Stokholmda aprelin 7-də törədilmiş terror aktı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.
İsveçin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bayraq İsveçdə terror hücumu qurbanlarının xatirəsinə 1 dəqiqəlik sükut elan olunacaq ana qədər - saat 14:00-dək endirilib.
Xatırladaq ki, aprelin 7-də İŞİD terror qruplaşmasına qatılmış terrorçu Stokholmun mərkəzi meydanında yük maşınını insan izdihamının üstünə sürüb. Nəticədə 4 nəfər həlak olub, onlarla adam yaralanıb. Hücumu törətməkdə Özbəkistan vətəndaşı şübhəli bilinir.
Dövlət Turizm Agentliyinin (DTA) tabeliyindəki Azərbaycan Turizm Bürosu ilə Albaniya Milli Turizm Agentliyi arasında turizm sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə Anlaşma Memorandumu imzalanıb.
"Şuşa şəhəri özünün bərpa və dirçəliş templəri ilə təəccübləndirməyə davam edir".
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.