Sorğu: hər dörd yapondan biri intihar barədə düşünür

Sorğu: hər dörd yapondan biri intihar barədə düşünür
23 2017 10:18

Yaponiya hökumətinin apardığı sorğunun nəticələrinə görə, ölkə əhalisinin yaşlı nəsli arasında hər dörd nəfərdən biri intihar barədə düşündüyünü etiraf edib.

Yaponiya Səhiyyə Nazirliyi ötən ilin oktyabrında 20 yaşından yuxarı üç min kişi və qadın arasında sorğu aparıb. 2019 nəfər sualları cavablandırmağa razılıq verib.

Dörd ildən bir keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 23,6 faizi müəyyən bir anda intihar barədə ciddi düşünüb. Həmin rəqəm iki əvvəlki sorğunun nəticələrindən çoxdur.

Rəyi soruşulanlar arasında 50 yaşdan 60 yaşadək insanlar üstünlük təşkil ediblər – 30,1 faiz. İkinci sırada 30 yaşdan 40 yaşadək olan insanlar gəlir. Onların 28,7 faizi intihar barədə ciddi düşündüyünü etiraf edib.

İştirakçılara özünəqəsddən yayınmaq üçün hansı addımları atdıqları barədə də sual verilib. Respondentlərin 36,7 faizi bildirib ki, onları bu fikirdən iş və hobbiləri ilə məşğulluq daşındırıb. 32,1 faizi isə problemlərini qohumları, dostları və ya həmkarları ilə müzakirə etdiklərini deyib.

Rəyi soruşulanların yalnız 6,9 faizi yerli hökumət orqanları tərəfindən təqdim edilən müvafiq telefon xidməti barədə məlumatlı olduqlarını bildirib.


26 Sent 2023
Dünya

Rusiya və İran prezidentləri Qarabağı müzakirə ediblər

İran Prezidenti İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinə zəng edib.

26 Sent 2023
Dünya

Ərdoğan İsrailə səfər edə bilər

"Türkiyə və İsrail bir çox sahədə əməkdaşlıq edir".

26 Sent 2023
Dünya

İranda neft emalı zavodunda partlayış baş verdi

İranın cənubunda Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində neft emalı zavodunda qaz sızması nəticəsində partlayış baş verib.

26 Sent 2023
Dünya

Filippin sahillərində güclü zəlzələ oldu

İndoneziya və Filippin sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

26 Sent 2023
Dünya

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 276 670 hərbçisi məhv edilib.