Siqareti tərgidəndən 15 gün sonra nələr olur?

Siqareti tərgidəndən 15 gün sonra nələr olur?
24 2017 14:02

Siqareti tərgidilməsi 15 gün sonra qan və oksigen dövranının yaxşılaşmasına, ağciyər funksiyasının və tutumunun artmasına köməkçi olur. Siqareti tərgidənlər daha az öksürməyə başlayarlar. Siqaretin səbəb olduğu həddindən artıq mucus get-gedə azaldığından siqaretlə əlaqəli tənəffüs yolu xəstəliklərinin inkişafı ehtimalı da get-gedə azalır.

REALPRESS.Az deyerler.org-a istinadən bildirir ki, siqaret tərgidiləndən sonrakı iki həftə ərzində bir çox təsirlər özünü göstərir. Nəfəsin qoxusu sürətlə yaxşılaşır, dişlərdəki ləkələr azalır və siqaret çəkənlərin saçlarında və geyimlərində duman qoxusu yox olur. Artıq siqareti tərgitdikdən sonra duman və qətran hiss orqanlarını əngəlləyə bilmir və dad, qoxu hissi inkişafa başlayır.

Siqareti tərgitmək 15 gün ərzində gözlə görünən təsirlərə səbəb olarkən, sonrakı aylarda və hətta illərdə özünü daha yaxşı göstərməyə davam edir. Ağciyər xərçəngindən ölüm ehtimalına qədər bir çox risk əhəmiyyətli dərəcədə azalır. Siqareti tərgidənlərin ağciyərlərindəki nəfəs tutumunun artması, sonrakı 1 il ərzində koronar ürək xəstəliyi riskini tən yarıya salır. Son siqaretdən sonra 5-15 il ərzində iflic görülmə ehtimalı sıfıra enir. Siqaret çəkməyə davam edənlərdə isə ölümlə nəticələnən problemlər müşahidə olunur.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.