Silahlı Qüvvələrin rəhbər heyəti ilə üçgünlük toplantı keçirilir

Silahlı Qüvvələrin rəhbər heyəti ilə üçgünlük toplantı keçirilir
21 Dek 2016 11:22

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə üçgünlük toplantı keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlər iştirak ediblər.

Tədbirdə çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin fəaliyyətinə verdiyi yüksək qiyməti və ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdırıb. Nazir aparılan fəaliyyətlər və əsas istiqamətlər üzrə yerinə yetirilən vəzifələri bir daha xüsusi vurğulayıb.

Toplantıya qatılan heyət təlim mərkəzində və çöl-səhra şəraitində təşkil olunan hazırlıq məntəqələrində və nöqtələrində nəzəri və praktiki məşqlərdə iştirak edir.

İştirakçılardan ümumqoşun nizamnamələri, rəhbəredici və digər normativ sənədlərlə bağlı biliklər üzrə məqbullar qəbul edilib, şəxsi heyətin fiziki hazırlığının səviyyəsi yoxlanılıb.

Silahlı Qüvvələrin rəhbər heyətinin döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılması məqsədilə silahlanmada olan zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra olunur, generallar və zabitlər müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetirirlər.


3 İyun 2023
Siyasət

İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxı qəbul edib.

3 İyun 2023
Siyasət

İlham Əliyev iki ölkə ilə imzalanmış sənədləri təsdiq etdi

“Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib. 

3 İyun 2023
Siyasət

Bazar gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində iyunun 2-də gözlənilən hava şəraiti barədə proqnoz açıqlanıb.

3 İyun 2023
Siyasət

İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidentini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı qəbul edib.

3 İyun 2023
Siyasət

Azərbaycan XİN Hindistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana başsağlığı verib.