Seulda 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd olunub

Seulda 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd olunub
19 2017 10:52

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Koreyanın yerli media nümayəndələri, elm adamları və Koreyada təhsil alan azərbaycanlı tələbələrimizin iştirakı ilə Səfirlikdə anım mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən səfir R.Teymurov 20-ci əsrdə Azərbaycanın azadlıq mübarizəsinin tarixi haqda ətraflı məlumat verərək, 20 Yanvar faciəsinin xalqımızın tarixi yaddaşında şanlı səhifələrindən biri olduğunu bildirib və 27 il öncə müstəqillik və suverenlik uğrunda mübarizəyə qalxmış xalqımızın başına gətirilən faciədən bəhs edib. Bir çox xalqların tarixində olduğu kimi Koreya xalqının müstəqillik tarixində baş vermiş hadisələrlə paralellər aparılaraq, Sovet İttifaqının müstəqillik uğrunda mübarizəyə qalxmış millətlərin azadlıq arzusunu boğmaq cəhdinin əsas mahiyyəti haqda tədbir iştirakçılarına geniş məlumat verib. Tədbirin sonunda 20 yanvar faciəsinə dair filim nümayiş etdirilib və foto sərgi təşkil edilib.

Bununla yanaşı, Səfirlik tərəfindən 20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Koreya KİV-də bir sıra məqalələr dərc edilib. Belə ki, 16-17 yanvar tarixlərində koreya və ingilis dillərində nəşr edilən “Korea Post” qəzetində “20 Yanvar: Azərbaycan müstəqillik mübarizəsinin ildönümü”, “Azərbaycan 20 Yanvar faciəsinin 27-ci ildönümünü qeyd edir” və “20 yanvar hadisəsinin səbəbləri və nəticələri” adlı məqalələr dərc olunub.

Məqalələrdə keçmiş Sovet İttifaqının dağılmasında başlıca rol oynayan Sovet Respublikalarında başlanmış milli azadlıq hərəkatlarından bəhs edilib, həmçinin, həmin ərəfədə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törədilmiş amansız və dəhşətli cinayət haqqında ətraflı məlumatlar əksini tapıb. Məqalələrdə o cümlədən 20 yanvar hadisələri Azərbaycan xalqının milli azadlıq ruhuna qarşı yönəlmiş təcavüz kimi qiymətləndirilib, Sovet rəhbərliyinin bu kimi dəhşətli cinayətlərlə Azərbaycan və digər sovet xalqlarının mübarizə əzmini qıra bilmədiyi qeyd edilib.


7 İyun 2023
Siyasət

Slovakiya XİN: “Ölkəmizdə Azərbaycan səfirliyinin açılması qərarını yüksək qiymətləndiririk”

“Slovakiya Azərbaycanın bu ölkədə səfirlik açmaq qərarını yüksək qiymətləndirir”.

7 İyun 2023
Siyasət

Qida Təhlükəsizliyi Agentliyinin vəzifələri artırıldı

“Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib.

7 İyun 2023
Siyasət

Mikayıl Cabbarov: “Regionlar üzrə ümumi məhsul buraxılışı 13% artıb” - FOTO

“Bu ilin birinci rübü ərzində Azərbaycanın regionları üzrə ümumi məhsul buraxılışı 7,5 milyard manat olub”.

7 İyun 2023
Siyasət

Çilinin Azərbaycanda yeni müvəqqəti işlər vəkili Bakıya gəlib

Çilinin Azərbaycanda yeni müvəqqəti işlər vəkili Cankarlo Alberti Bakıya gəlib.

7 İyun 2023
Siyasət

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalye Poudan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.