Serj Sarkisyan erməniləri təşvişə saldı

Serj Sarkisyan erməniləri təşvişə saldı
28 2017 09:43

Serj Sarkisyanın Azərbaycanın işğal edilmiş ərazilərində hərbçilər qaşısında çıxışı zamanı işlətdiyi sözlər erməni mətbuatında təşvişlə qarşılanıb.

REALPRESS.Az-ın İstiPress-ə istinadən məlumatına görə, Sarkisyanın sözləri erməni KİV-ləri tərəfindən Qarabağ klanının istənilən yolla hakimiyyətdə qalmaq niyyəti kimi dəyərləndirilib.

Serj Sarkisyan deyib: “Biz anlamalıyıq ki, 2 aprel (seçkilər günü - red.) oyun deyil, yalançı yanıltmaclar müsabiqəsi deyil. Anlamalıyıq ki, biz aprelin 2-də damların üstü ilə yaxşı tullananları deyil, xalqın mövcudluq hüququnun müdafiəçilərini, döyüş, hücum və lazım gələndə geri çəkilməyi əmr edə bilən komandanları seçirik. Biz bunu etməyi bacaran, yetərincə daxili qüvvəyə malik adamları seçirik”.

Ermənistanda populyar olan “Lragir” portalı diqqəti Serj Sarkisyanın seçki prosesinə Dağlıq Qarabağdan müdaxilə etməsinə və təhlükəsizliklə bağlı məsələləri önə çıxarmasına yönəldib: 

“Bu məsələ artıq iyirmi ildir ki, hakimiyyətin formalaşdırılmasının əsasında durur, çünki onların cəmiyyətə təklif edəcəkləri ayrı sözləri yoxdur - nə iqtisadiyyatda, nə də ictimai həyatda. Yalnız təhlükəsizlik hədəsi qalır və onunla başqa sahələrdəki iflaslara bəraət qazandırılır”, - deyə portalın bugünkü sayında bildirilir.

Sarkisyan hakim Qarabağ klanının hərbi elitası qarşısında etiraf edib ki, bütün bu oyunlar özü üçün baş nazir kimi ömürlük hakimiyyət kürsüsü təmin edilməsi ilə bağlıdır: “Əgər mənim rəhbərlik etdiyim siyasi qüvvə seçkilərdə qələbə çalarsa, mən də hansısa statusda rola malik olacam”.

Həmin status artıq indidən bəllidir, 2018-ci ildə Serj Sarkisyan prezidentlik müddəti bitəndən sonra baş nazir vəzifəsinə gətiriləcək. Erməni milləti ölkələrini fəlakətə sürükləyən bu klandan yalnız silahlı üsyan yolu ilə xilas ola biləcək.


20 İyul 2026
Dünya

Rusiyada da güclü zəlzələ oldu

Rusiyanın Kamçatka diyarının inzibati mərkəzi Petropavlovsk-Kamçatskidən cənub-şərqdə yerləşən akvatoriyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

20 İyul 2026
Dünya

"Brent" markalı neftin qiyməti 90 dolları keçdi

Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi fonunda neft bahalaşır.

20 İyul 2026
Dünya

Bu ölkədə Eboladan ölənlərin sayı 900-ə yaxınlaşıb

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına təsdiqlənmiş yoluxma halları 2 267-yə yüksəlib, onlardan 893-ü ölümlə nəticələnib.

20 İyul 2026
Dünya

İranda ard-arda iki güclü zəlzələ oldu

İranın Kirmanşah əyalətinin Kozran bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.