Sərhəd Xidmətinin əməkdaşları bu il axtarışda olan 4 min 590 nəfəri saxlayıblar

Sərhəd Xidmətinin əməkdaşları bu il axtarışda olan 4 min 590 nəfəri saxlayıblar
24 Dek 2016 12:08

Bu il ərzində sərhəd rejimini pozduqlarına görə 13 min 248 nəfər, axtarışda olan 4 min 590 nəfər, dövlət sərhədini pozduqlarına görə isə 503 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2016-cı ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində bildirilib.

Qeyd edilib ki, cari il 49 milyon 319 min manat dəyərində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Ötən illə müqayisədə bu göstərici 8,3 dəfə çox olub. Bu il 2015-ci illə müqayisədə 7,2 dəfə çox narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. Keçən il 165 kiloqram 185 qram narkotik vasitə tutulduğu halda, cari ildə bu göstərici 1 ton 189 kiloqram 997,7 qram olub.


14 Fev 2025
Cəmiyyət

Azərbaycanın güllə atıcısı: "Avropa çempionatında medal qazanmaq üçün sona qədər mübarizə apardıq"

Komanda şəklində əsas məqsədimiz Estoniyada keçirilən Avropa çempionatında medal qazanmaq idi və bunun üçün sona qədər mübarizə apardıq.

14 Fev 2025
Cəmiyyət

Bahar Muradova Yevlaxda vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova fevralın 14-də Yevlax və Mingəçevir şəhər sakinlərini qəbul edib.

14 Fev 2025
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb - 15.02.2025

Azərbaycan ərazisində fevralın 15-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

14 Fev 2025
Cəmiyyət

Pirşağıda həyətdən sursat tapılıb

Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində həyətdən sursat tapılıb.

14 Fev 2025
Cəmiyyət

Bu yolun bir hissəsi yenidən quruldu - FOTO - VİDEO

Mövcud M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşıb.