Səngəçalda dəhşətli partlayış baş verdi - (YENİLƏNİR)

Səngəçalda dəhşətli partlayış baş verdi - (YENİLƏNİR)
27 Dek 2016 13:30

Partlayış güclü olduğundan alov bir neçə metr hündürlüyə qalxıb
Bakının Qaradağ rayonunda qaz xəttində partlayış olub.
Bu barədə “Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi”nin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
O bildirib ki, Səngəçal qəsəbəsinin Yenikənd adlı ərazisində Azəriqazın Qaz ixracı idarəsinin kompressor stansiyasında 125 atmosfer təyziqi olan qaz xəttinin partlaması nəticəsində partlayış baş verib: “Alov evlərə də sirayət edib. Xəsarət alanlar barədə araşdırma aparırıq”.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. 
Qaradağ rayonu Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş verən partlayışla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) açıqlama yayıb. 
Açıqlamada bildirilir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradag rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub. 
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. 
Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur.


18 Mar 2023
Cəmiyyət

B12 vitamini ilə zəngin qidalar – SİYAHI

Vitamin B12 elə bir vitamindir ki, bədən onu istehsal edə bilmir. 

18 Mar 2023
Cəmiyyət

Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib - FOTO

2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının hərbi hissə və birləşmələri arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.

18 Mar 2023
Cəmiyyət

FHN: Ötən sutka 38 yanğına çıxış olub, 5 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

18 Mar 2023
Cəmiyyət

Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” bağışlayıb

Slovakiya və Ukrayna “MiQ-29” qırıcılarının Kiyevə təhvil verilməsi haqqında saziş imzalayıb.