“Səngəçal qəsəbəsində qaz xətlərində baş verən qəza ilə əlaqədar, “Azərenerji” ASC-nin qazla işləyən iki elektrik stansiyasında – 400 MVt gücündə “Şimal” ES və 525 MVt gücündə “Sumqayıt” ES-nın istehsal prosesi məcburi olaraq dayandırılıb.
“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC prezidentinin rəhbərliyi ilə həyata keçirilən operativ tədbirlər nəticəsində enerji sisteminin mövcud dayanıqlılığı təmin edilib və qəzanın genişlənməsinin qarşısı alınıb. İstehlakçılara qısamüddətli məhdudiyyətin tətbiq edilməsinə baxmayaraq, bütün ehtiyat güclərin səfərbər edilməsi ilə tez bir zamanda yaranmış fasilə aradan qaldırılacaq.
Azərbaycanda xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq sortları yaradılacaq.
Azərbaycan neftinin qiyməti 4 faizə qədər artıb.