Sənaye məhsullarının qiymətlərindəki dəyişikliklər açıqlandı

Sənaye məhsullarının qiymətlərindəki dəyişikliklər açıqlandı
14 2017 09:34

2016-cı ildə Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 2015-ci ilə nisbətən 27,5 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 30,9 faiz, emal sənayesi üzrə 15,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 9,3 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 5,1 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin dekabr ayında noyabr ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 21,7 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 23,3 faiz, emal sənayesi üzrə 12,7 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 37,3 faiz artıb, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə dəyişiklik baş verməyib.

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 23,4 faiz, metal filizlərin hasilatı üzrə 3,5 faiz artıb. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri neft məhsullarının istehsalı üzrə 23,1 faiz, toxuculuq sənayesi üzrə 7,5 faiz, kimya sənayesi üzrə 5,4 faiz, metallurgiya sənayesi üzrə 4,5 faiz, geyim istehsalı üzrə 3,2 faiz, qida məhsullarının istehsalı üzrə 2,5 faiz, tütün məmulatlarının istehsalı üzrə 1,4 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 1,3 faiz, kağız və karton istehsalı üzrə 0,2 faiz artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,9 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,6 faiz, içki istehsalı üzrə 0,5 faiz, tikinti materiallarının istehsalı üzrə isə 0,3 faiz azalıb.

Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməyib.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.