Senat sədri: Azərbaycan-İordaniya əlaqələri tarixi, dini, mədəni köklərə əsaslanır

Senat sədri: Azərbaycan-İordaniya əlaqələri tarixi, dini, mədəni köklərə əsaslanır
07 2017 09:32

Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov fevralın 6-da İordaniya Senatının sədri Feysal Akif Faiz ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsindən razılıq ifadə edilib. Azərbaycan-İordaniya parlamentlərarası əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti, bu əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri, qanunverici orqanların nümayəndələrinin səfər mübadilələrinin təşkili, o cümlədən İordaniya Senatında fəaliyyət göstərən İordaniya-Azərbaycan qardaşlıq komitəsinin fəaliyyəti haqqında fikir mübadiləsi aparılıb. Xüsusilə də son on ildən artıq müddət ərzində Azərbaycanın keçdiyi uğurlu yol və əldə etdiyi nailiyyətlər, siyasi, iqtisadi həyatın bütün sahələrində qazanılan böyük uğurlar barədə məlumat verilib, respublikamızın ərəb dövlətləri, o cümlədən İordaniya ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyi diqqətə çatdırılıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir S.Ağabəyov münaqişə ilə bağlı son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, Azərbaycan ordusunun uğurlu aprel əməliyyatı və həmin döyüşlər nəticəsində düşməndən azad edilən ərazilərdə yenidənqurma işlərinə başlanılması barədə parlamentin spikerinə məlumat verib.

Diplomat 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı qurbanlarının anım mərasiminin keçiriləcəyini qeyd edib, Senatın sədri və Senatda fəaliyyət göstərən İordaniya-Azərbaycan qardaşlıq komitəsinin üzvlərini həmin mərasimə dəvət edib.

Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı səfirliyin bəyanatını spiker F.A.Faizə təqdim edən səfir S.Ağabəyov İordaniya Senatının Xocalı soyqırımının tanınması, insanlığa qarşı törədilən bu vandalizm hərəkətlərinin qətiyyətlə pislənməsi ilə bağlı qəbul etdiyi sənədə görə təşəkkürünü bir daha ifadə edib və bu addımın Azərbaycan xalqı, hökuməti tərəfindən yüksək qiymətləndirdiyini vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyini vurğulayan səfir respublikamızın İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi geniş fəaliyyətindən, cari ilin mayın 12-dən 22-dək Bakı İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyindən söhbət açıb. Ölkəmizin müxtəlif beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi və paytaxtımızda keçiriləcək V Qlobal Bakı Forum barədə məlumat verib.

Senat sədri ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin tarixi, dini, mədəni köklərə əsaslandığını, Kral II Abdullah ilə Prezident İlham Əliyev arasında şəxsi dostluq münasibətlərinin olduğunu böyük məmnunluqla bildirib. Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı ölkəsinin birmənalı mövqeyinin olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini vurğulayıb. F.A.Faiz V Qlobal Bakı Forumuna dəvət edildiyini bildirib, gərgin iş qrafikinə baxmayaraq, bu maraqlı dost ölkəyə səfər etmək əzmində olduğunu deyib.

Sonda sədrə Azərbaycan, ölkəmizin tarixi və mədəniyyəti, xalçaları, habelə Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında ərəb dilində nəşr olunan kitablar və disklər təqdim olunub.

Görüşdə ölkəmizin İordaniyadakı səfirliyinin müşaviri İ.Əliyev də iştirak edib.


7 İyun 2023
Siyasət

Slovakiya XİN: “Ölkəmizdə Azərbaycan səfirliyinin açılması qərarını yüksək qiymətləndiririk”

“Slovakiya Azərbaycanın bu ölkədə səfirlik açmaq qərarını yüksək qiymətləndirir”.

7 İyun 2023
Siyasət

Qida Təhlükəsizliyi Agentliyinin vəzifələri artırıldı

“Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib.

7 İyun 2023
Siyasət

Mikayıl Cabbarov: “Regionlar üzrə ümumi məhsul buraxılışı 13% artıb” - FOTO

“Bu ilin birinci rübü ərzində Azərbaycanın regionları üzrə ümumi məhsul buraxılışı 7,5 milyard manat olub”.

7 İyun 2023
Siyasət

Çilinin Azərbaycanda yeni müvəqqəti işlər vəkili Bakıya gəlib

Çilinin Azərbaycanda yeni müvəqqəti işlər vəkili Cankarlo Alberti Bakıya gəlib.

7 İyun 2023
Siyasət

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalye Poudan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.