Səhiyyə naziri Oqtay Şirəliyev yanvarın 27-də İmişli Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı nazir İmişli, Saatlı, Sabirabad, Beyləqan rayonlarından olan 57 vətəndaşın sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.
Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bir çoxu yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
25 fevral 2021-ci il tarixində Xocalı soyqırımının 29-cu il dönümü ilə əlaqədar Azərbaycanlı Tələbə və Məzunlar Platforması (ASAP) və Böyük Qayıdış İctimai Birliyinin təşkilatçılığı ilə virtual seminar keçirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı vəziyyəti açıqlayıb.