Səhiyyə naziri Göyçayda vətəndaşları qəbul edib

Səhiyyə naziri Göyçayda vətəndaşları qəbul edib
17 Dek 2016 11:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. 

Dekabrın 16-da səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib. Nazir Göyçay, Şamaxı və Qobustan sakinlərinin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.

Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.


13 Dek 2024
Səhiyyə - Sağlamlıq

Qripi özümüzdən uzaq tutaq!

Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.