Azərbaycanda gözün buynuz qışası bankı yaradılmalıdır və bu məsələ diqqətdə saxlanılmalıdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.
Ə. Əmiraslanov bildirib ki, buynuz qişası bankının yaradılımasının ən böyük ağırlığı Oftolmologiya Mərkəzinin üzərinə düşür.
Ə.Əmiraslanov bildirib ki, hazırda gözün buynuz qişası üçün materialların ölkəyə gətirilməsi qanunla qadağandır: “ Yeni dəyişikliklərlə biz bu transplatın ölkəyə gətirilməsinə icazə veririk. Lakin kim istəsə, onu gətirə bilməz. Onun müvafiq icra orqanlarının, yəqin ki, Səhiyyə Nazirliyinin icazəsindən sonra ölkəyə gətirilməsi mümkün olacaq”.
Bu ilin yanvarın 28-də Kəlbəcərdə həlak olan Fəthulla Siracovun atası Qasım Siracov oğluna şəhidlik statusu verilməməsindən narazıdır.
Müdafiə Nazirliyi Ağdamın İsmayılbəyli kəndindən görüntülər paylaşıb.
2021-2022-ci il payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir.