Səhiyyə Nazirliyində toplantı keçirilib

Səhiyyə Nazirliyində toplantı keçirilib
30 2017 09:21

Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2017-ci il üçün iş planını müzakirə etmək üçün Səhiyyə Nazirliyində toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətinin AZƏRTAC-a verdiyi məlumata görə, tədbirdə nazirliyin şöbə və sektor rəhbərləri iştirak edib. Səhiyyə Nazirliyinin aparat rəhbəri Z.Mustafayevanın sədrlik etdiyi toplantıda korrupsiyaya ilə mübarizə, açıq hökumətin təşviqi məsələlərinə dair nazirliyinin ayrı-ayrı şöbələrinin gördüyü işlər və rüblər üzrə nəzərdə tutulan tədbirlər müzakirə olunub.

Müzakirələrdən sonra toplantı iştirakçılarına bir sıra məsələlərin həlli barədə məlumatların vaxtında hesabat xarakterli toplanmasına dair tapşırıqlar verilib.


12 May 2025
Cəmiyyət

Ötən həftə 1315,7 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə mayın 5-dən 11-nə qədər 32 tank əleyhinə mina, 45 piyada əleyhinə mina, 274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

12 May 2025
Cəmiyyət

AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir

Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün "Azərbaycan Hava Yolları"nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

12 May 2025
Cəmiyyət

Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Nizami rayonunda vətəndaşları qəbul edəcək.

12 May 2025
Cəmiyyət

Sabah 28 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

12 May 2025
Cəmiyyət

Son aylarda Azərbaycanda qızılca xəstəliyinə tək-tək hallarda rast gəlinir - RƏSMİ

Görülən məqsədyönlü tədbirlər nəticəsində son aylarda Azərbaycanda qızılca halları yalnız sporadik (tək-tək) şəkildə qeydə alınır.