Azərbaycanda kəskin respirator viruslara yoluxmalara görə laborator müayinələrin aparılması üçün edilən müraciətlərin təxminən 20 faizi uşaqlarla bağlı olur.
Bunu Trend-ə Səhiyyə Nazirliyi (SN) Respublika Taun Əleyhinə Stansiyanın (RTƏS) Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova deyib.
Onun sözlərinə görə, oktyabr ayının əvvəlindən indiyədək tibb müəssisələrindən stansiyaya xəstələrdən götürülmüş 236 müayinə materialı daxil olub. Müayinələr zamanı həmin nümunələrdə paraqrip, adena virus, kəskin respirator infeksiyalar aşkar olunub. Amma qrip, o cümlədən patogen qrip aşkarlanmayıb: “Bunlar qrip deyil, sadəcə, onların əlamətləri qripə oxşar olur. Paraqrip, adena virus olarkən orqanizmdə soyuqlama əlamətləri müşahidə edilir, amma bu xəstəliklərdən ağırlaşmalar olmur. Bizə daxil olan nümunələr də yüksək hərarət, başağrısı, öskürək kimi əlamətlər müşahidə edilən xəstələrdən götürülüb. Həmin xəstələrin heç birində ağırlaşmalar olmayıb, onların hamısı sağalıb”.
R.İsmayılova deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə RTƏS-ya daxil olan nümunələrin sayı azalıb.
Azərbaycan para-oxatanları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında iki bürünc medal qazanıblar.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 766 vaksin vurulub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 11-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib.
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 488 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb.
Azərbaycanda yoluxma hallarının artması fonunda koronavirus əleyhinə dördüncü doza vaksinin məcburi olacağı deyilir. İddia olunur ki, payıza doğru yoluxmalar daha da artacaq və əhali arasında dördüncü doza vaksinlərin vurulması prosesinə start veriləcək.