Səhiyyə Nazirliyi: H3N2 virusu təhlükəli ola bilər

Səhiyyə Nazirliyi: H3N2 virusu təhlükəli ola bilər
12 2017 08:46

Ötən ilin oktyabr ayından indiyədək Səhiyyə Nazirliyi (SN) Respublika Taun Əleyhinə Stansiyaya (RTƏS) kəskin respirator viruslara yoluxmalara görə laborator müayinələrin aparılması üçün 265 nümunə daxil olub.

Bunu Trend-ə RTƏS-in Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova deyib.

Onun sözlərinə görə, bu nümunələrin müayinəsi nəticəsində 2 nəfərdə A qripinin H3N2 virusu, 5 nəfərdə paraqrip, 6 nəfərdə Adena virus, digərlərində isə kəskin respirator virus infeksiyaları aşkarlanıb.

R.İsmayılova qeyd edib ki, H3N2 virusunun aşkarlandığı 2 nəfər son 1 ay ərzində ölkədən kənara çıxmayb: “Yəni bu, onlar tərəfindən gətirilmə virus deyil. Onlar elə Azərbaycanda olarkən bu virusa yoluxublar. H3N2 virusuna yoluxan şəxslər xəstəliklərini çox yüngül keçirdiklərindən onları heç stasionar müəssisəyə də yerləşdirməmişik. Həmin şəxslər artıq sağalıblar”.

R.İsmayılova H3N2 virusunun mövsümi qrip olduğunu və onun daha yüngül klinik əlamətlərlə müşahidə edildiyini də söyləyib. Onun sözlərinə görə, bu virusa yoluxma zamanı xəstədə hərarət, başağrısı, boğaz ağrısı müşahidə edilir. Qrip hesab olunmayan və qripə bənzər əlamətləri olan paraqrip və Adena virusa yoluxma zamanı da soyuqlama əlamətləri - yüksək hərarət, başağrısı, öskürək, boğaz ağrısı müşahidə edilir. Amma bu xəstəliklərdən ağırlaşmalar olmur. Biz müayinələr zamanı gördük ki, H3N2-yə yoluxanların vəziyyəti paraqrip və adena virusa yoluxanlarla müqayisədə daha yüngüldür”.

R.İsmayılova əlavə edib ki, indiyədək sadalanan viruslar aşkarlanan xəstələrin heç birində ağırlaşma olmayıb, onların hamısı sağalıb.

Stansiya rəsmisinin sözlərinə görə, paraqrip, Adena virus və H3N2 viruslarından hansının insan orqanizmi üçün daha təhlükəli olması barədə fikir yürütmək olmaz:

“Çünki bu xəstəliklərin necə keçməsi insanın özünün immunitetindən, gigiyenik qaydalara, yataq rejiminə əməl etməsindən asılıdır. Əgər insan yataq rejimində olmursa, özünü soyuğa verirsə, lazım olan həcmdə maye qəbul etmirsə, əllərini tez-tez sabunla yumursa, onda ağırlaşmalar baş verə bilər. Ona görə də demək mümkün deyil ki, bunlardan hansı daha ağır keçir. Bu, fərdi məsələdir”.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.